Qarabağda yenidənqurmanın hüquqi əsasları - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №2 2021

Açıqlama:

Məqalədə “yenidənqurma”, “bərpa”, “yenidəndirçəltmə”‘anlayışlarına aydınlıq gətirilir. İkinci Dünya müharibəsində SSRİ və Avropanın dağıdılmış ərazilərinin bərpası, vurulmuş ziyanın ödənilməsi məsələlərinə tarixi ekskursiya edilir. İdarəetmənin universal xarakter daşımaqla Qarabağın işğaldan azad olunmuş ərazilərinin bərpa prosesində bütün məsələlərin birbaşa və ya dolayısı ilə onun vasitəsilə həll ediliməsi göstərilir. Bərpa prosesində idarəetmənin rolu, onun mahiyyəti, xarakterik əlamətləri, sistemliliyi, tənzimləmə ilə müqayisəsi, hakimiyyət və iradə ilə bağlılığı təhlil edilir. İdarəetmədə məqsədlərin proqnozlaşdırılmasının əhəmiyyəti qeyd edilir, təşkilati strukturun, idarəetmə qərarlarının rolu göstərilir. Məqalədə hüquqi aktlara əsaslanaraq Qarabağda bərpa prosesində nəqliyyat, rabitə , enerji, yol infrastrukturu məsələlərinin həll edilməsi, perspektivdə Kəlbəcər və Laçın rayonlarında külək enerjisindən, Zəngilan, Cəbrayıl rayonlarında günəş enerjisindən istifadə etmək, Qarabağı “yaşıl enerji” zonasına çevirmək, Zəngilan rayonunda “ağıllı kənd-smart kənd”, Ağdamda “ağıllı şəhər” salmaq layihələrinin həyata keçiriləcəyi göstərilir. Məqalədə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 07 may 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ”nin imzalanmasının ələmatdar tarixi hadisə olduğu qeyd edilir.


Müəllif : Ə. Rzayev - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir