Rəqəmsal məkanda müəllif hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin inkişaf tendensiyası - Azərbaycan Hüquq Jurnalı. 2024 (№1)

Açıqlama:

Məqalədə rəqəmsal məkanda müəllif hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi təhlil edilir. Bu məqalənin aktuallığı texnologiyaların daimi inkişafı və onlayn mühitdə istifadə olunan məzmunun miqdarının artması ilə əlaqədardır. İnternetin və rəqəmsal platformaların inkişafı ilə müəllif hüquqlarının pozulmasının yeni yolları ortaya çıxır və müvafiq olaraq, məzmun yaradıcılarının hüquqlarını qorumaq üçün qanunvericiliyi daim təkmilləşdirmək lazımdır. Azərbaycan Respublikası onlayn mühitdə müəllif hüquqları sahəsində də problemlərlə üzləşir, ona görə də qanunların rəqəmsal məkanın yeni reallıqlarına uyğun olması vacibdir. Buraya müəllif hüquqlarının qorunması üzrə yeni tədbirlərin tətbiqi, müəllif hüquqlarının pozulmasına görə cəzaların sərtləşdirilməsi, piratlığa qarşı mübarizədə digər ölkələrlə əməkdaşlıq və s. daxil ola bilər.


Müəllif : Məryəm Orucova- BDU hüquq fakültəsi, Əqli Mülkiyyət hüququ kafedrasının qiyabi doktorantı
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 30

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir