Roman-German və Anqlo-Sakson hüquq sistemlərində cinayət prosesində həqiqətin müəyyən edilməsi mexanizmləri: müqayisəli təhlil - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2023

Açıqlama:

Cinayət prosesual hüquq ədəbiyyatında həqiqətin aşkar edilməsi mexanizmləri əsasən iki qrupa təsnif edilir; hüquq sistemlərindəki fərqlər baxımından “Anqlo-sakson və Kontinental” [2] kimi qəbul edilən bu bölgü, əsas əlamətlərindən dolayı müxtəlif adlarla adlandırılır: “ittihamedici və sorğulayıcı (təhqiqat)”, “kooperativ və iyerarxik”, “rəqib və rəqib olmayan”. Bu məqalədə həqiqətin müəyyən edilməsində inkvizitorial və adversarial sistemlərin mexanizmləri müqayisəli təhlil edilmiş, hər sistemə xas olan ayrı-ayrı mexanizmlərin müsbət və mənfi cəhətləri ilə bağlı hüquq ədəbiyyatındakı fikirlər nəzərdən keçirilmiş, effektiv mexanizmlər, mütərəqqi cəhətlər işıqlandırılmışdır.


Müəllif : K.N.Səlimov - Bakı Dövlət Universiteti A.Ə.Cəbiyeva - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 10

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir