Sharenting (paylaşim) problemi: uşağin şəxsi toxunulmazliq hüququ və valideynin ifadə azadliği arasinda mütənasibliyin qorunmasi - Azərbaycan Hüquq Jurnalı. 2023 (№3)

Açıqlama:

Sosial mediadan istifadə getdikcə artmaqdadır və bu gün bir çox valideynlər uşaqlarından paylaşım obyekti kimi istifadə edir və davamlı olaraq övladları haqqında paylaşımlar edirlər. Bu da valideynin ifadə azadlığı ilə uşağın şəxsi toxunulmazlıq hüququ arasında mütənasibliyin qorunması məsələsini gündəmə gətirmiş və sharenting problemini aktuallaşdırmışdır. Bu problemin aradan qaldırılması üçün yalnız hüquqi tənzimləmədə müəyyən qadağaların qoyulması ilə kifayətlənmək effektiv nəticələr verməyə bilər. Çünki əksər hallarda öz övladının video və ya fotolarını sosial şəbəkədə paylaşan valideyn pis niyyətli olmasa da, sosial şəbəkə platformalarının istifadə qaydaları və şərtləri uşaqların foto və videolarının başqa şəxslər tərəfindən qeyri-qanuni məqsədlərlə istifadəsi ilə nəticələnir. Ona görə də sharenting probleminin aradan qaldırılması kompleks tədbirlər vasitəsilə mümkün ola bilər. Məqalədə insanlar tərəfindən sosial mediadan istifadə artdığı üçün sharenting sindromundan uşaqları qorumaq üçün həmin kompleks tədbirlər siyahısı müfəssəl təhlil olunmuş və praktik təkliflər irəli sürülmüşdür.


Müəllif : Gülnaz Rzayeva - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi.
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 24

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir