Rəqəmsal dövrün reallığı olan sosial media bir çox müsbət tərəfləri ilə yanaşı, mənfi xüsusiyyətləri ilə də xarakterizə olunur. Həmin çatışmazlıqların aradan qaldırılması zərurəti sosial medianın idarə olunmasını və hüquqi tənzimlənməsini şərtləndirir. Sosial media platformalarının sərhədləri bilinməyən virtual məkanda formalaşdığını və fəaliyyət göstərdiyini nəzərə alsaq, belə idarə olunma dövlətdaxili deyil, beynəlxalq səviyyədə aparılmalıdır. Məqalədə bununla bağlı beynəlxalq mənbələr və aparılan tədbirlər təhlil edilmiş, sosial medianın idarə olunmasının hüquqi aspektləri mövcud tənzimləmə meyarları əsasında tədqiq olunmuşdur.
Qiymətləndir