Virtual məkanda deepfake tətbiqləri: mövcud təhlükələr və hüquqi tənzimləmədəki boşluqlar - Azərbaycan Hüquq Jurnalı. 2023 (№3)

Açıqlama:

Virtual məkanın formalaşması heç də hər zaman müsbət istiqamətdə təhlil olunmur. Rəqəmsal əsrdə yeni texnologiyaların təqdim etdiyi imkanlar vasitəsilə hüquq pozuntularının mahiyyətində də ciddi dəyişikliklər müşahidə edilir. Artıq fiziki müstəvidə deyil, virtual müstəvidə törədilən pozuntular müasir dünya əhalisi üçün ciddi narahatlıqlar yaradır. Belə pozuntular sırasında xüsusi çəkiyə malik olan deepfakelər dövrün aktual problemlərindəndir. Bu potensialı ciddiyə alan beynəlxalq təşkilatlar deepfakeləri gələcəyin ən böyük təhlükələrindən biri hesab edirlər. Məqalədə deepfake tətbiqləri ilə bağlı xarici dövlətlərin hüquqi tənzimləmələri müqayisəli təhlil olunmuş, deepfake məzmunların insan hüquq və azadlıqlarını pozduğu vəziyyətlər hüquq normaları əsasında tədqiq edilmiş, respublikamızda deepfake məzmunların sanksiyalaşdırılması ilə bağlı təklif və tövsiyələr irəli sürülmüşdür.


Müəllif : Elnur Hümbətov - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 25

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir