Virtual məkanda kibertəhlükələr və insan hüquqlarının müdafiəsi: beynəlxalq və milli-hüquqi tənzimetmə - Azərbaycan Hüquq Jurnalı. 2021 (№1)

Açıqlama:

Müasir cəmiyyətdə dünyagörüşünün dəyişməsi və inkişafı eyni zamanda hüquqazidd davranışlara da öz təsirini göstərir. Ənənəvi üsulların dövrün tələblərinə cavab vermədiyi bir şəraitdə insan hüquqlarına qəsd edən əməllərin törədilməsində yeni üsul və vasitə kimi İKTdən daha çox istifadə olunur. Bu da “kibercinayət” aktuallaşmasına gətirib çıxarmışdır və kibercinayətlərlə mübarizənin gücləndirilməsini tələb edir. Məqalədə kibertəhlükələrin qanuni və qeyri-qanuni təsnifatları müqayisəli şəkildə təhlil edilmiş, virtual məkanda kibercinayətlərlə pozulan insan hüquqlarının müdafiəsi mexanizmlərinin işlənib hazırlanmasına dair təklif və tövsiyələr irəli sürülmüşdür.


Müəllif : Aytəkin İbrahimova- hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, Konstitusiya hüququ kafedrasının müəllimi Gülnaz Rzayeva - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının müəllimi
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir