Xalqların öz müqəddəratını təyin etməsi problemi işığında “xalq” anlayışına təklif edilən yeni yanaşma - Azərbaycan Hüquq Jurnalı. 2024 (№1)

Açıqlama:

Məqalənin predmetini təşkil edən xalqların öz müqəddəratının təyin edilməsi hüququ ədəbiyyatda geniş təhlil edilən və barəsində yüzlərlə məqalələr yazılan bir mövzu olsa da, hələ də bu hüququn kifayət qədər mücərrəd olmasından irəli gələn problemlər qlobal və regional miqyası ilə seçilir. Bunu nəzərə alaraq, məqalədə “xalq” anlayışına münasibətdə əvvəlcə ənənəvi yanaşma göstərilir, daha sonra təklif edilən yeni və kompleks metod konkret müddəalarla ortaya qoyulur. Məqalənin gedişində son illərin aktual hadisələrindən, müxtəlif məhkəmə işlərindən və elmi nəşrlərdən istifadə edilmişdir. Nəticəvi hissədə isə yanaşma tənqidlərə açıq elan edilir və təkmilləşdirmənin hər bir dövrdə labüdlüyü vurğulanır.


Müəllif : Siyavuş Bağırov
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 28

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir