Yaxşı idarəetmə hüququ fundamental hüquq kimi - Azərbaycan Hüquq Jurnalı. 2021 (№3)

Açıqlama:

Məqalədə yaxşı idarəetmə hüququnun fundamental hüquq kimi əsas xüsusiyyətləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil olunmuşdur. Qeyd edilməlidir ki, fundamental hüquq və azadlıqların sistemində yaxşı idarəetmə hüququnun yeri və rolu elmi ədəbiyyatlarda lazımi şəkildə araşdırılmamışdır. Məqalədə aparılan təhlillərlə belə qənaətə gəlinir ki, yaxşı idarəetmə hüququna "konstitusion" hüquq səviyyəsində baxılması, xüsusilə də, bu hüququn Avropa İttifaqı çərçivəsində fundamental hüquq kimi tanınması hüququn aliliyinin inkişafı və vətəndaşların hüquqlarının müdafiəsi üçün xüsusi əhəmiyyətə malikdir. Bundan əlavə, yaxşı idarəetmə hüququnun fundamental hüquq kimi tanınması həm İttifaqda, həm də milli səviyyədə insanların yaşayış keyfiyyəti və dövlət xidmətləri üçün çox vacib bir məsələdir.


Müəllif : Ləman Abbaslı - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir