Yaxşı idarəetmə hüququ: idarəetmə fəaliyyətinin təkmilləşdirilməsi -Nəqliyyat Hüququ jurnalı 2019 №1

Açıqlama:

Məqalədə müasir Avropa və Azərbaycan inzibati-hüquqi elmində "yaxşı idarəetmə" hüququnun təyininə əsas yanaşmalar tədqiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyində xarici ideyaların reallaşdırılmasının istiqamətlərini aşkara çıxarılır. İdarəetmə fəaliyyətinin təkmilləşdirilməsi – bu dövlətin daimi vəzifəsidir. Hazırda qəbul edilən qərarlar dövlət və bələdiyyə idarəçiliyinin sisteminin gələcək inkişafının düzgün seçilmiş istiqamətlərinin üzə çıxarılmasına imkan verir. "Yaxşı idarəetmə" konsepsiyasının tədricən həyata keçirilməsi müəyyən aşkarlıqla Respublikamızının iqtisadi, siyasi və hüquqi inkişafının prioritet istiqamətinə çevrilmiş və bu sferada qəbul edilən qanunvericilik aktları vətəndaşların hüquqlarının müdafiəsinə xidmət etməklə, onların dövlət idarəçiliyində daha yaxından iştirakına zəmanət verir.


Müəllif : Əliyeva Ləman - Bakı Dövlət Universiteti “İnsan hüquq ları və informasiya hüququ” YUNESKO kafedrasının doktorantı
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 19

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir