Yerli özünüidarə ideologiyasının Qərbi Avropa və postsovet respublikalarında realizə edilməsinin ilkin şərtlərinin fərqləndirilməsi, postsovet respublikalarının, o cümlədən Azərbaycan Respublikasının əhalisinin yerli özünüidarə hüququnun tətbiqinə hazır olmadığı və bunun nəticəsi olaraq yerli özünüidarə ideyalarının həyata keçirilməsi sahəsində ciddi maneələrin yaranması ilə əlaqəli mövqe əsaslandırılır. “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına üzvlüyə namizəd ölkənin əhalisinin yerli özünüidarəyə hazırlıq səviyyəsinin nəzərə alınmasına dair müddəanın həmin ölkə ilə Xartiyanın (müqavilənin) bağlanmasının zəruri ilkin şərti qismində tanınmasına dair təklif irəli sürülür
Qiymətləndir