Mәqalәdә beynәlxalq hüquqi aktlarda, o cümlәdәn beynәlxalq mәhkәmәlәrin tәcrübәsindә aliment öhdәliklәrini tәnzimlәnmәsi vә hәll olunması mәsәlәlәri nәzәrdәn keçirilir. Azәrbaycan Respublikası ilә әksәr Avropa dövlәtlәri arasında mәhkәmә qәrarlarının tanınması vә icrasına dair beynәlxalq müqavilәlәrin olmamasının hәmin dövlәtlәrin әrazisindә milli mәhkәmәlәrimizin alimentin tutulmasına dair qәrarlarının icrasını mümkünsüz etdiyi müәyyәn edilir vә bu sahәdә bәzi konvensiyaların respublikamız tәrәfindәn ratifikasiya olunmasının mәqsәdәuyğun olduğu qeyd olunur.
Müəllif :
Quluzadә-Soltanova Sәmra - Bakı Dövlәt Universiteti “Mülki hüquq” kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Институт «семьи» занимает очень важное место в жизни общества, государства и человека. Не случайно, что институт «семьи», играющий столь важную роль в обществе закреплен как самостоятельная норма в Конституции Азербайджанской Республики. В то же время институт «брака» является правовой основой создания семьи, и соответственно закреплен в Семейном Кодексе. В статье рассмотрены вопросы, касающиеся семьи и брака, их конституционно-правового статуса, анализируются существующие взгляды по данному вопросу. Представлен проект новой редакции Конституции Азербайджанской Республики, где взаимоотношения семьи, ребенка и государства выступают в более совершенной форме.
Müəllif :
Гасанзаде Саида - ведущий научный сотрудник Института права и прав человека НАНА, доктор юридических наук, доцент.
Исгандаров Турал - студент V курса Юридического факультета Национального авиационного университета Украины.
Nəşr tarixi : 2022
Mәqalәnin әvvәlindә hüququn әsas mәnbәyi kimi ayrı-ayrı hüquq ailәlәrinin vә sistemlәrinin xüsusiyyәtlәri nәzәrә alınmaqla, müxtәlif prinsip vә meyarlara görә tәsnif edilә bilәcәyi irәli sürülür. Xüsusilә, müәllif müasir Azәrbaycan Respublikasının qanunları ilә bağlı fәrqli terminoloji mәna yükü daşıyan ayrı-ayrı anlayışları ayırmağı tәklif edir. Bununla yanaşı, real qanun yaradıcılığı çәrçivәsindә müasir dövlәtlәrin qanunlarını aşağıdakı әsas növlәrә görә ayırmaq olar: 1) qәbuletmә üsuluna görә; 2) idarәetmә formasına görә; 3) sәnaye mәnsubiyyәtinә görә; 4) hüquqi qüvvәyә görә.
Müəllif :
Qurbanov Habil - AMEA Azad Hәmkarlar İttifaqının sәdri, hüquq üzrә elmlәr doktoru, professor.
Nəşr tarixi : 2022
Tarix boyu lider amili hәr bir dövlәtin, xalqın inkişafında müstәsna rol oynayaraq inkişaf potensialını hәrәkәtә gәtirmiş, bunun sәmәrәli realizә edilmәsinә zәruri әsaslar yaratmışdır. Milli inkişaf yolunun banisinә çevrilәn belә xarizmatik liderlәr hәm dә müsbәt planda siyasi varislik әnәnәlәri formalaşdıraraq müdrikliklә irәli sürdüklәri mütәrәqqi ideyaların davamlılığını tәmin etmişlәr.
Müəllif :
İsaxan Vəliyev - Azәrbaycan Respublikasının Prezidenti yanında Dövlәt İdarәçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor.
Nəşr tarixi : 2022
В данной статье рассматриваются актуальные международно-правовые вопросы, касающиеся значения и необходимости заключения данной Декларации. Обосновывается необходимость не только признания Сторонами территориальной целостности друг друга, укрепления и развития многостороннего сотрудничества и партнёрства, но и скорейшего превращения Южного Кавказа в зону подлинного мира и добрососедства.
Müəllif :
О.Ф. Эфендиев - профессор международного права
Nəşr tarixi : 2022
Məqalədə Azərbaycan Respublikasının neft siyasətinin tənzimlənməsi Azərbaycan Respublikasının müqavilə və qanunvericilik təcrübəsi, eləcə də hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi əsasında təhlil edilir. Qeyd edilir ki, Azərbaycan Respublikasında neftin kəşfiyyatı və istismarı ilə bağlı dövlət tənzimetməsi kifayət qədər təkmil deyildir. Müəllif belə nəticəyə gəlir ki, bir tərəfdən, qanunvericilik aktları arasında müəyyən ziddiyyətlərin olması, digər tərəfdən, praktikada neftin kəşfiyyatı və istismarı ilə bağlı lisenziyalı fəaliyyət subyektlərinə dair tələblərin yerinə yetirilməməsi bu sahədə daha effektiv qanunvericilik aktlarının qəbul edilməsini şərtləndirir.
Müəllif :
Anar Pənahov - Bakı Dövləti Universiteti “Beynəlxalq ümumi hüquq” kafedrasının dissertantı
Nəşr tarixi : 2021
Məqalədə Avropa İttifaqında vətəndaşlıq problemlərinin hüquqi tənzimlənməsi hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Sonda belə bir mühüm nəticəyə gəlinir ki, hüquqi anlayış kimi Avropa İttifaqı vətəndaşlığı milli vətəndaşlıqla müqayisədə üzv-dövlətlərin vətəndaşlarını bəzi əlavə hüquqlarla təmin edir, bu isə həmin şəxslərin hüquqi təminatlarının daha da genişlənilməsinə və təminatına imkan yaradır.
Müəllif :
Əsmər Pənahova - BDU Hüquq fakültəsi İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı.
Nəşr tarixi : 2021