Axtarışın nəticələri

Abbas İslamov: Favstos Buzandın “Hayların tarixi” əsərinin absurdları

Təqdim olunan kitabda müasir Ermənistan milli tarix məktəbi tərəfindən “qədim erməni tarixşünaslığının ən görkəmli abidələrindən biri” sayılan Favstos Buzandın “Hayların tarixi” əsəri («История хайев») tənqidi baxımdan təhlil edilmişdir. F.Buzandın “Hayların tarixi” əsərinin əsl məzmununu tədqiq edən müəllif sübut etmişdir ki, bu kitab absurd, xronologiyası olmayan anti-tarixi uydurmalardan ibarətdir.  “Hayların tarixi” heç bir tarixi və mötəbər informasiyaya malik deyil və onun qətiyyən elmi dəyəri yoxdur. F.Buzandın əsərinin ətraflı təhlili onun təkcə tarixi bir sənəd kimi tam əsassızlığını  aşkarlamır, həmçinin bütün erməni tarixinin etibarsızlığını nümayiş etdirir. Çünki “Hayların tarixi” məhz erməni tarixşünaslığının əsasını təşkil edən əsərlərdən biridir.

Ətraflı

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun cari ilin yekunlarına həsr edilmiş növbəti hesabat yığıncağı veb formatda keçirildi

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun cari ilin yekunlarına həsr edilmiş növbəti hesabat yığıncağı veb formatda keçirildi. İnstitutun direktoru, direkor müavinləri, şöbə müdirləri, Elmi Şuranın üzvlərinin də qatıldığı iclasda, həmçinin AMEA-nın müxbir üzvü Könül xanım Bünyadzadə də iştirak edirdi.

Ətraflı

Yatmış şəhərin faciəsi

AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən 4 oktyabr, 8 oktyabr, 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə vaxtı, müharibə qaydalarına zidd olaraq, erməni quldurları tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin ballistik raket atəşinə tutulması ilə hərbi cinayətin (terror aktı) törədilməsi faktını özündə birləşdirən, insan haqlarının, beynəlxalq hüquq normalarının pozulmasını, insanlığa qarşı yönəlmiş vəhşiliyi əks etdirən "Yatmış şəhərin faciəsi" adlı videoçarx ingilis və rus dillərində hazırlanmışdır.

Ətraflı

Əməkdaşımız “Gender problemi və müasir Azərbaycan” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

27 noyabr tarixində AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət Təhlükəsizliyinin hüquqi təminatı şəbəsinin böyük elmi işçisi Esmira Orucova mövcud ekstremal şəraitə uyğun olaraq ZOOM platforması üzərindən onlayn formatda Azərbaycan Universiteti və İngiltərənin Middlesex Universitetinin birgə təşkil etdikləri “Gender problemi və müasir Azərbaycan” adlı beynəlxalq konfransda “Silahlı münaqişələr zamanı insan hüquqlarının müdafiəsi gender müstəvisində” mövzusunda çıxış edib.

Ətraflı

Əməkdaşımızın “İqtisadiyyatın rəqəmsallaşma səviyyəsinin qiymətləndirilməsi metodikası” adlı məqaləsi dərc olunub

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin böyük elmi işçisi Səbinə Sadıx qızı Əsədovanın " İqtisadiyyatın rəqəmsallaşma səviyyəsinin qiymətləndirilməsi metodikası" (AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası.2020-ci il may-iyun. İqtisadi nəzəriyyə. Ümumi iqtisadiyyat, səh. 39-48) adlı məqaləsi dərc edilib.

Ətraflı

İşğalçı və separatçı Ermənistan 30 ildir ki, beynəlxalq hüquq normalarını pozur

Terror və soyqırımı siyasətini dövlət siyasətinə çevirmiş işğalçı Ermənistanın Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiası artıq 30 ildir ki, davam edir. 1993-cü ildən Ermənistanın dövlət səviyyəsində Cenevrə Konvensiyalarına qoşulmasına baxmayaraq, hərbi əməliyyatlar nəticəsində yaranmış fəlakətləri yüngülləşdirmək məqsədi ilə tənzimləyən, silahlı münaqişələr dövründə tətbiq edilən yeganə qaydalar məcəlləsi olan və “müharibə hüququ” adlanan humanitar hüquq erməni hərbçiləri tərəfindən bu günə kimi kobudcasına pozulur.

Ətraflı

“Birləşmiş Ərəb Əmirliklərində gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfirliyi, AMEA Hüquq və İnsan Haqları İnstitutu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Əlaqələr şöbəsi və Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Birləşmiş Ərəb Əmirliklərində gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib.

Ətraflı

Əməkdaşımız epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması əməllərinin cinayət-hüquqi xarakteristikasını şərh edib

İnstitutumuzun "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Həsənovanın 24 iyul 2020-ci il tarixdə keçirilmiş Humanitar və İctimai Elmlər üzrə l Beynəlxalq Elmi konfransın materiallarını əhatə edən impakt faktorlu məqalələr toplusunda “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması əməllərinin cinayət-hüquqi xarakteristikası” adlı məqaləsi (səh.175-178) dərc olunmuşdur.

Ətraflı