Axtarışın nəticələri

Əməkdaşımızın məqaləsinə beynəlxalq standart kodu təyin olundu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Cinayət hüququ və Cinayət prosesi" şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Hüseynovanın 24 iyul 2020-ci il tarixdə keçirilmiş Humanitar və İctimai Elmlər üzrə l Beynəlxalq Elmi konfransın materiallarını əhatə edən impakt faktorlu məqalələr toplusunda “İnsan alveri cinayətinin obyektiv əlamətlərə görə təhlili” adlı məqaləsi (səh.181-185) dərc olunmuşdur.

Ətraflı

Əməkdaşımız məqaləsinə görə Beynəlxalq Sertifikatla təltif olundu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Xəyalə Kələşovanın 24 iyul 2020-ci il tarixdə keçirilmiş Humanitar və İctimai Elmlər üzrə l Beynəlxalq Elmi konfransın materiallarını əhatə edən impakt faktorlu məqalələr toplusunda 17 avqust tarixində "Müasir konstitusionalizasiya:nəzəriyyə və inkişaf perspektivləri" adlı məqaləsi (səh.179-181) dərc olunmuşdur.

Ətraflı

“Gənclər 2020: Qlobal həmrəylik, davamlı inkişaf və insan hüquqları” mövzusunda Səmərqənd Veb Forumu keçiriləcək

12-13 avqust 2020-ci il tarixlərində “Gənclər 2020: Qlobal həmrəylik, davamlı inkişaf və insan hüquqları” mövzusunda Səmərqənd Veb Forumunun keçirilməsi planlaşdırılır. Beynəlxalq tədbirdə Azərbaycan Respublikasını AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərələliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, AMEA Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsinin müdiri Ramin Qurbanov təmsil edəcəklər.

Ətraflı

Qlobal təhlükəsizlik məsələlərinə həsr olunan təlim keçiriləcək

26 sentyabr-04 oktyabr 2020-ci il tarixlərində Rusiya Federasiyasının Zveniqorod şəhərində PİR-SENTR Beynəlxalq Məktəb tərəfindən gənc diplomatların, hərbçilərin, beynəlxalq münasibətlər üzrə alimlərin və jurnalistlərin qlobal və regional təhlükəsizlik çağırışları barədə biliklərinin artırılması məqsədilə qlobal təhlükəsizlik məsələlərinə dair təlim təşkil olunacaq. Təlimdə iştirakla bağlı beynəlxalq nəqliyyat xərcləri göndərən qurumun hesabına, digər xərclərin isə PİR-SENTR tərəfindən qarşılanması nəzərdə tutulur.

Ətraflı

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə irəli sürdüyü təklifi qlobal liderliyin göstəricisidir

AMEA Hüquq və İnsan Haqları İnstitutunun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasıyev ölkə prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə irəli sürdüyü təklif haqqında açıqlama verib.

Ətraflı

Erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki abidələrimizin vandalizmə uğradılması faktları araşdırılır

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrimizin ermənilər tərəfindən vandalizmə uğradılması faktlarının indiyə qədər ictimaiyyətə məlum olmayan tərəflərini araşdırıb.

Ətraflı

Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

Ətraflı