Axtarışın nəticələri

Aytən Mustafazadə: “Martın 20-dən aprelin 15-dək 614 nəfər ödənişsiz hüquqi yardım xidmətindən onlayn formada yararlanıb”

Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun bir çox alim və mütəxəssisi müxtəlif elmi-tədqiqat işləri üzərində fəaliyyətlərini davam etdirirlər. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsləri də öz üzərinə düşən vəzifələri yerinə yetirir, əməkdaşların gördüyü işləri mütəmadi olaraq işıqlandırırlar. Bu barədə institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə müsahibə verib. O, bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları müvafiq elmi fəaliyyət sahələrinə uyğun olaraq onlayn konfranslara qatılır, görüşlərdə iştirak edir, həmçinin yazdıqları elmi məqalə və tezisləri müxtəlif dövrü nəşrlərə təqdim edirlər.

Ətraflı

“Elmi-texniki tərəqqi, süni intellekt və hüquq” monoqrafiyası çapa hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Hüquq sahələrinin müqayisəli təhlili şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Zamiq Aslanov “Elmi-texniki tərəqqi, süni intellekt və hüquq” monoqrafiyasını çapa hazırlayır. Monoqrafiyada elmi-texniki tərəqqinin nəzəri aspektləri, sosial-hüquqi problemləri, süni intellekt və hüququn qarşılıqlı əlaqəsi, süni intellektin hüquqi tənziminin aktuallığı və bu sahədə mövcud yanaşmalar və çağırışlar tədqiq edilir.

Ətraflı

Tədqiqatçımız “İnnovasiya çağırışı”na qoşuldu

Dünyada yayılmış Coronovirus (COVİD-19) pandemiyasının güclənməsinin qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində institutumuzun gənc tədqiqatçılarından olan Səbinə Əsədova İslam İnkişaf Bankı Transformasiya Fondunun “İnnovasiya çağırışı”na qoşularaq “Rəqəmsal Transformasiya: İqtisadi böhranın qarşısının alınması mexanizmi kimi”adlı tədqiqat işi ilə COVİD-19 pandemiyasının sosial-iqtisadi təsirini minimuma endirməyə kömək edəcək ideyaların dəstəklənməsi istiqamətində işləyir.

Ətraflı

Altı yüzdən çox vətəndaşa onlayn pulsuz hüquqi xidmət göstərilib

Pulsuz hüquqi yardım xidməti dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını rəhbər tutaraq vətəndaşların qəbulunu və telefon zənglərinin cavablandırılmasını müəyyən müddətə qədər dayandırıb.

Ətraflı

COVİD-19 pandemiyasına hazırlığın gücləndirilməsinə çağırış

İslam İnkişaf Bankı (İİB) Transformasiya Fondu vasitəsilə COVİD-19 ilə mübarizədə qabaqcıl ideyaları dəstəkləyən çağırış elan edir. 01.04.2020-ci il tarixindən etibarən elan edilən “İnnovasiya çağırışı” üzv ölkələrin COVID-19 pandemiyasına hazırlığının gücləndirilməsini və pandemiya ilə mübarizəsini dəstəkləyir. Bu çağırış vasitəsilə İİB COVİD-19 pandemiyasının qarşısını almağa, sosial-iqtisadi təsirini minimuma endirməyə və üzv ölkələrin pandemiyalarla mübarizədə dayanıqlılığını inkişaf etdirməyə kömək edəcək ideyalara dəstəkləyir. Fond xüsusi olaraq COVID-19 ilə mübarizədə BMT-nin aşağıdakı 6 Davamlı İnkişaf Hədəfi ilə bağlı müraciətləri qəbul edir

Ətraflı

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə görüş keçirildi

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunda institutun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə ilə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev arasında işgüzar görüş keçirilib. Görüşdə gündəlikdə olan cari və perspektiv işlər gözdən keçirilərək, gələcəkdə də davam etdiriləcək qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Ətraflı

Avropa Şurası biotibdə insan hüquqları ilə bağlı 2020-2025-ci illəri əhatə edəcək yeni strateji fəaliyyət planını qəbul edib

Avropa Şurasının Nazirlər Komitəsi 12 fevral 2020-ci il tarixində biotibdə texnologiyalar və insan hüquqları ilə bağlı Bioetika Komissiyası tərəfindən təqdim olunan 5 ili əhatə edəcək “yeni strateji fəaliyyət planı”nı dəstəkləyib. Bununla bağlı İnstitutumuzun “Hüquq sahələrinin müqayisəli təhlili” şöbəsinin elmi işçisi Səid Musayev təşkilatın rəsmi açıqlamasına əsaslanan, hazırladığı məlumatında qeyd edir ki, biologiya və tibb tətbiqi ilə əlaqədar olaraq insan ləyaqətini, insan hüquqlarını və fərdi azadlıqlarını qorumaq üçün hazırlanmış bu fəaliyyət planı texnoloji inkişafın və biotibbi təcrübələrin əsas çağırışlarına cavab verməyə xüsusi diqqət yetirir.

Ətraflı