Arxiv

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində ” mövzusunda beynəlxalq konfrans

19 oktyabr 2017-ci ildəsaat 10:00-da (qeydiyyat 9:30da başlayır) AMEA-nın Hüquq vəİnsan Haqlarıİnstitutu və “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində ” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Ətraflı

Qonaq elmi işçinin hesabati dinlənilmişdİr

12 oktyabr 2017-ci il tarixdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda İnstitutun və XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik) tərəfindən birgə həyata keçirilən “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində Hindistanın Cəvahirləl Nehru Universitetinin elmi işçisinin “Azərbaycanda multikulturalizm və tolerantlıq prinsipi; insan hüquqları” mövzusunda araşdırdığı elmi tədqiqat işinin hesabatı dinlənilmişdir.

Ətraflı

Yaşasaydı 57 yaşi olacaqdı…

Prоfеssоr Rövşən Mustаfаyеv. Аrtıq səkkiz ildən çохdur ki, bu qеyri-аdi insаn, böyük аlim, pаrlаq ictimаi хаdim аrаmızdа yохdur. Görkəmli Аzərbаycаn аlimi, böyük vətəndаş Rövşən Fаiq оğlu Mustаfаyеv 1960-cı il оktyаbrın 5-də Bаkı şəhərində ziyаlı аiləsində аnаdаn оlmuşdur. 1977-ci ildə Аzərbаycаn Dövlət Univеrsitеtinin filоlоgiyа fаkültəsinə dахil оlmuş və 1982-ci ildə аli təhsilini bitirmişdir. O, 1988-ci ildə Аzərbаycаn Dövlət Univеrsitеtində nаmizədlik dissеrtаsiyаsı müdаfiə еtmiş, еlə həmin ildə «Yаzıçı» nəşriyyаtındа gənc аlimin еlmi şərhləri ilə «Mirzə Şəfi Vаzеhin nəğmələri. Unudulmuş və аz tаnınаn rus tərcümələri» şеirlər tоplusu çаp оlunmuşdur.

Ətraflı

Anons “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı elektron kitabının təqdimatı

8 iyun 2016-cı il  saat 11.00-da  “Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirtdiyi “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi” adlı layihə çərçivəsində  nəşr etdirdiyi “İmtiyazlı məhbuslar  üçün qanunlar toplusu” adlı  elektron kitabının təqdimatı keçiriləcək.

Ətraflı

Multikulturalizm bərabər imkanların əsası kimi

Multikulturalizmdən danışark’n ilk növbədə müxtəlif etnos, dil və mədəniyyətlərin fərqliliyində və inkişafında eyni başlanğıc şəraitinin yaradılması nəzərdə tutulur. Məhdud imkanlı şəxslərə gəlincə, bu halda da bu sosial qrupa onların səciyyəvi xüsusiyyətləri nəzərə alınmaqla, bərabər hüquqların verilməsi başa düşülür.

Ətraflı

Oleq Kuznetsova “Professor Rövşən Mustafayev” adına medal və sertifikatin təqdimolunma mərasimi

09 fevral 2017-ci ildə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda İnstitut və Professor Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Professor Rövşən Mustafayev” adına medal və sertifikatın tarixçi, politoloq, tərcüməçi, qafqazşünas, pedoqoq, publisist və ixtiraçı Oleq Yuryeviç Kuznetsova təqdim olunma mərasimi keçirilmişdir.

Ətraflı

Anons “3 dekabr beynəlxalq Əlillər günü”

30 noyabr 2016-cı il tarixində saat 11: 00- da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə birgə “3 dekabr Beynəlxalq Əlillər günü” münasibətilə tədbir keçirəcək.

Ətraflı

Anons “Müasir şəraitdə Türk xalqları arasında əməkdaşlığın perspektivləri” mövzusunda dəyirmi masa

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Türk Mədəniyyəti İrsi Fondu ilə birgə 25 noyabr 2016-cı il tarixində saat 11:00 da “Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın perspektivləri” mövzusunda “dəyirmi masa” keçirəcək. Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, AMEA-nın vitse-prezidenti, akademik, Milli Məclisin Komitə sədri İsa Həbibbəyli çıxış edəcək, həmçinin türkdilli ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, müxtəlif qurumların nümayəndələri, ekspert və tədqiqatçı alimlər, eləcə də gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.

Ətraflı