Arxiv

“Vətən övladı” orderinin təqdim olunma mərasimi

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda institutun elmi şurasının üzvü, səfir, hüquq elmləri doktoru, professor Namiq Əliyevə “Vətən övladı” ordeninin təqdim olunması mərasimi keçirilmişdir. “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi bu mükafat Vətənimizin inkişafı uğrunda elmi-mədəni xidmətlərinə, Azərbaycanın Qarabağ ərazisinin erməni işğalçılarından azad olunması istiqamətində verdikləri töhfəyə, işğal edilmiş ərazilərimizlə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasına, geniş elmi-maarifçilik və təşviqat işlərinə görə ictimai-siyasi xadimlərə, alim və tədqiqatçılara verilir.

Ətraflı

Xocalı soyqırımının 25 – ci ildönümü ilə bağlı hüquq və İnsan haqları İnstitutunda tədbir keçirildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamının icrası istiqamətində atılan addımlardan biri olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitunun direktoru, h.e.d Aytən Mustafazadənin rəhbərliyi və İnstitut əməkdaşlarının iştirakı ilə 26 fevral Xocalı soyqırımı gününun 25 – ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib.

Ətraflı

Qaçqinlarin hüquqlarinin müdafiəsi” mövzusunda beynəlxalq seminar

Həmçinin  A.Mustafazadə ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nın məcburi köçkünlərin həyat şəraitinə yönəldilən çox mühüm əhəmiyyətli sənəd olduğunu bildirmiş, mövcud problemlərin həllinin sürətləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

Ətraflı

Aytən Mustafayeva: Azərbaycanın böyük təcrübəsi Avropa dövlətləri üçün nümunədir

"Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən terror, soyqırımı və təcavüz siyasəti yüz illər əvvəl başlayan tarixə köklənir". Trend-in məlumatına görə, bunu millət vəkili Aytən Mustafayeva bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa İttifaqının (Aİ) birgə əməkdaşlığı çərçivəsində “Qaçqınların hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı bildirib.

Ətraflı

Anons (“Мецаморская АЭС: экологическая бомба для региона”)

29 mart 2017-ci il tarixində saat 11.00-da AMEA-nın Hüquq və  İnsan Haqları İnstitutunda İnstitutun baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin “Мецаморская АЭС: экологическая бомба для региона” kitabının təqdimat mərasimi keçiriləcək. Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə, millət vəkilləri, müxtəlif qurumların nümayəndələri, ekspertlər və tədqiqatçı alimlər, eləcə də gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.

Ətraflı

Anons “qonaq elmi İşçİlərin mübadiləsi proqramı”

10 aprel 2017-ci il tarixdə saat 14:00-da  AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində  yaradılmış Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA)  birgə həyata keçirdiyi  “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində  hesabat  keçiriləcək.

Ətraflı