Arxiv

İnstitutumuzun əməkdaşına Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurası tərəfindən təşəkkürnamə təqdim olunub

10-12 sentyabr 2018-ci il tarixlərində AMEA Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsinin müdüri, eyni zamanda Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanov Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurasının sədri Luis Maria Aquilar Moralesin dəvəti əsasında “Müasir demokratiyalarda hakim və qanunun aliliyi” adlı beynəlxalq seminarda iştirak etmək üçün Meksikada rəsmi səfərdə olub.

Ətraflı

Anons: “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək”.

18 may 2018-ci il tarixində saat 11.00-da AMEA Hüquq və İnsan Haqları İnstitutunda Beynəlxalq Əlillər Cəmiyyəti İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihənin təqdimatına həsr edilmiş tədbir keçiriləcək.

Ətraflı

Anons: “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda Respublika elmi-nəzəri konfransı

3 may 2018-ci il tarixində saat 10.00-da (qeydiyyat 9.30da başlayır) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş.

Ətraflı

İstehsalat təcrübəsində olan tələbələrə elmi-praktik seminar keçirilmişdir

6 aprel 2018-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda müxtəlif universitetlərdən - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Dövlət hüququ”, “Mülkü və təsərrüfat hüququ” , “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ,Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin “Beynəlxalq münasibətlər”, “Hüquqşünaslıq”, “Politologiya” ixtisasının, Azərbaycan Dillər Universitetinin“Beynəlxalq münasibətlər və idarəetmə” fakültəsinin, Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq münasibətlər”, Bakı Avrasiya Universitetinin “Regionşünaslıq” (ABŞ və Kanada ölkələri üzrə)ixtisaslarına yiyələnmək istəyən tələbələr üçün istehsalat təcrübəsi ərəfəsində görülən işlərlə bağlı elmi-praktik seminar keçirilmişdir.

Ətraflı

Anons: Jurnalistlərin nəzərinə!

2018-ci il fevralın 21-də saat 11.00-da (Qeydiyyat saat 10:30-da) AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu “Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirəcək. Tədbirdə Milli Məclisin deputatları və komitə sədrləri, Azərbaycanın müvafiq dövlət qurumlarının təmsilçiləri, ali təhsil ocaqlarının rəhbərləri, alimlər və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı gözlənilir.

Ətraflı