Arxiv

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üçün hesabatları dinlənildi

Bu gün AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsi AMEA-nın institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üzrə hesabat iclasını keçirib. Tədbirdə RH aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev, rəis müavini Ülviyyə Rzayeva və ictimaiyyətlə əlaqələr şöbələrinin müdirləri iştirak ediblər.

Ətraflı

Aytən Mustafazadə “Parlament” medalı ilə təltif edildi

Azərbaycan Respublikası Parlamentinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli 224-V saylı Sərəncamı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı ilə təltif edilmişdir.

Ətraflı

İnstitutumuz Rusiyada təmsil olundu

10-11 dekabr 2018-ci il tarixdə REA-nın Dövlət və Hüquq İnstitutu Rusiya Hüquqşünaslar Assosiasiyası ilə birgə Rusiya fundamental tədqiqatlar fondunun dəstəyi ilə “Rusiya Federasiyası Konstitusiyasının XXV illiyi: Bəşəriyyətin sivil inkişafında hüquq paradiqmasının transformasiyası” adlı beynəlxalq iştiraklı ümumrusiya elmi konfransı keçirmişdir.

Ətraflı

10 dekabr Beynəlxalq İnsan Hüquqları günüdür

Bu gün Beynəlxalq İnsan Hüquqları günüdür. İlk dəfə olaraq İnsan Haqqına 1789-cu ildə Fransada qəbul edilmiş "İnsan və vətəndaş haqları haqqında deklarasiya"da rast gəlinir. Bütün dünyada 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsindən sonra qeyd edilib.

Ətraflı

Gürcüstanda R.Mustafayevin kitabının təqdimat mərasimi keçirilib

29 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi, Suxumi Dövlət Universiteti və M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin gürcü dilinə tərcümə olunmuş “Очертованный рай” kitabının təqdimat mərasimi keçirilmişdir.

Ətraflı

Hüquq və İnsan Haqları İnstitutu ilə Tibb Universiteti arasında “Anlaşma Memorandumu” imzalandı

2018-ci il noyabrın 29-da AMEA Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Tibb Universiteti arasında hüquq elminin yeni sahəsi – tibb hüququnun tələbələrin tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu elmin tədris edilməsində məqsəd həkim-pasiyent münasibətlərinin nizamlanmasının hüquqi əsaslarını təmin etməkdir.

Ətraflı