Arxiv

“Taliya Xabrieva ilə görüş keçirildi”

Bu gün Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin AMEA Hüquq və İnsan Haqları İnstitutunda institutun alimləri ilə görüşü keçirilib. Qeyd edək ki, görüş çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun direktoru, h.ü.e.d, professor Aytən Mustafazadə və Rusiya Federasiyasının Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, h.ü.e.d, akademik Taliya Xabrieva arasında “Elmi əməkdaşlıq haqqında” saziş imzalanmışdır.

Ətraflı

Əməkdaşımız Rusiyada keçirilən konfransda institutumuzu təmsil edib

17-18 may 2019-cu ildə Kabardino-Balkariyanın paytaxtı Nalçik şəhərində Rusiya Federasiyası Daxili İşlar Nazirliyi Krasnodar Universitetinin Şimali Qafqaz ixtisasartırma institutunda «Qloballaşma şəraitində cinayətkarlıqla effektiv müba­rizə: problemlər və perspektivlər» («Эффективное противодей­ствие преступ­ности в условиях глобализации: проблемы и перспективы») mövzusunda XXIII elmi-praktiki konfrans keçirilmişdir.

Ətraflı

Hüquqşünas alimimiz beynəlxalq konfransda çıxış edib

Serbiya Respublikasının Tara şəhərində Beynəlxalq Cinayət Hüququ və Kriminologiya Assososiayasının təşkilatçılığı ilə “Cinayət qanununda məsuliyyət və sanksiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransa bir çox Avropa ölkələri ilə yanaşı, MDB-dən Rusiya, Belarus və Azərbaycanın hüquqşünas alimləri dəvət almışdılar.

Ətraflı

2018-ci ilin yekunlarına dair hesabat

Hesabat ilində Milli Fəaliyyət Proqramının müvafiq bəndlərinin icrası üzrə 2018-ci il ərzində İnstitut tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında”, “Məşğulluq haqqında”, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi haqqında”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin hüquqi ekspertizası aparılaraq bu sənədlə bağlı İnstitutun mövqeyini ifadə edən rəy, mülahizə və təkliflər irəli sürülmüşdür.

Ətraflı

İnstitutun həmkarlar təşkilatının sədri kadr və fəalların ixtisasartırma kurslarında iştirak edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə 22-26 aprel tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Orqanayzinq:həmkarlar ittifaqı təşkilatının yaradılması, qurulması və möhkəmləndirilməsində yeni yanaşmalar və texnologiyalar” mövzusunda kurslar keçirilmişdir. Kurslarda 24 müxtəlif dövlət, komitə və təşkilatlardan, eləcə də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və Elm və Tarix Muzeyini təmsil edən həmkarlar təşkilatı sədr və təşkilati işlər üzrə komissiya sədrləri iştirak ediblər.

Ətraflı

ELAN Jurnalistlərin nəzərinə!

03 may 2019-cu il tarixdə, saat 10:00-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və “Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları” mövzusunda Respublika Elmi Nəzəri Konfrans keçiriləcək.

Ətraflı

Yaponiyalı professorlarla görüş keçirildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə Yaponyanın Saitama Universitetinin nəzdnində fəaliyyət göstərən İctimai və Sosial Elmlər Ali Təhsil Məktəbinin professorları Makoto Nagasawa və Seiichiro Nakabayashi ilə görüşmüşdür.

Ətraflı

İnstitutda “Minilliyin layihəsi”nin rəhbəri ilə görüş keçirildi

2019-cu il martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə “Minilliyin layihəsi” beynəlxalq tədqiqat təşkilatının icraçı direktoru Cerom Qlenn, həmçinin Azərbaycan Gələcəyin Tədqiqatları Cəmiyyətinin sədri, “Minilliyin layihəsi”nin Azərbaycan bölməsinin rəhbəri Reyhan Hüseynova, sədr müavini Eldar Müseyibzadə, bu cəmiyyətin layihələrinin koordinatoru Nərmin Musayeva ilə görüşmüşdür.

Ətraflı