Arxiv

Vəkilliyə namizədlərə növbəti mühazirə keçirildi

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı xanım Aytən Mustafazadə Ədliyyə Akademiyasında tədris kursu keçən vəkilliyə namizədlərin növbəti qrupu üçün "Tibb hüququ yeni kompleks hüquq sahəsi kimi: ümumi xarakteristika (qanunvericilikdə)" mövzusunda mühazirə ilə çıxış etmişdir.

Ətraflı

Elan

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı Aytən xanım Mustafazadənin “Milli Məclis” Analitik informasiya jurnalının sentyabr-oktyabr 2019-cu il buraxılışında “Azərbaycanda sosial sferada həyata keçirilən davamlı siyasət” başlıqlı məqaləsi dərc olunub.

Ətraflı

“Din və insan hüquqları” mövzusunda konfrans keçirilib

31 oktyabr 2019-cu il tarixdə AMEA Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Din və insan hüquqları” mövzusunda konfrans keçirilmişdir. Sözügedən tədbirdə AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru, professor Nazim Cəfərli “İslam dini və insan hüquqlarının təməl prinsipləri” mövzusunda məruzə ilə çıxış etmiş, institutda bu sahədə aparılan işlər barədə ətraflı məlumat vermişdir.

Ətraflı

Növbəti mühazirə keçirildi

30 oktyabr 2019 – cu il tarixdə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı xanım Aytən Mustafazadə Ədliyyə orqanlarına yeni qəbul olunmuş, Ədliyyə Akademiyasında kurs keçən əməkdaşlar üçün “Tibb hüququ yeni kompleks hüquq sahəsi kimi:ümumi xarakteristika” mövzusunda mühazirə ilə çıxış etmişdir.

Ətraflı

İnstitutumuzda əməkdaşlıq görüşü keçirildi

30 oktyabr 2019-cu il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı, Azərbaycan - Gürcüstan Parlamentlərarası İşçi Qrupunun üzvü xanım Aytən Mustafazadə ilə "Soydaş" İctimai Birliyinin rəhbərliyi arasında birgə əməkdaşlıq görüşü keçirildi.

Ətraflı

MPK ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasında əməkdaşlıq

1 oktyabr 2019-cu il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı xanım Aytən Mustafazadə ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov arasında işgüzar görüş olub. Görüşdə fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Ətraflı

Aytən Mustafazadə ölkə Prezidenti tərəfindən təltif edildi

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı Aytən xanım Mustafazadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)" yubiley medalı ilə təltif edilib.

Ətraflı

İnstitutda Mülkü Müdafiə məşqi keçirildi

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Mülkü Müdafiə Qərərgahının rəisi institutun Rəhbər heyətinə “ Fövqaladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda müdafiə məşqi keçmişdir.

Ətraflı