Arxiv

“Tibb hüququ” kursu üzrə ilk testlər toplusu nəşr olundu

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmlər doktoru, professor Aytən Mustafazadə və institutun “Hüquq sahələrinin müqaisəli təhlili” şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Zamiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış “Tibb hüququ” kursu üzrə testlər toplusu (tədris-metodik vəsait) çapdan çıxıb.

Ətraflı

“Xocalı soyqırımı XX əsrin ən qanlı qətliamıdır”

“Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən qanlı qətliam olub. Bu, hər şeydən öncə, Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı həyata keçirdiyi təcavüzkarlıq, işğalçılıq, etnik təmizləmə siyasətini dəqiqliklə təsdiq edən bir hadisədir. Xocalı faciəsində xüsusi qəddarlıqla qətlə yetirilənlərin sayı ilə bağlı statistikanın təkrarlanması ona obyektiv siyasi-hüquqi qiymətin verilməsini şərtləndirəcək əsas amil deyildir. Çünki, insanlığa qarşı görünməmiş qəddarlığın dərəcəsinin yanında artıq statistika əhəmiyyətini itirir”. Bunu SİA-ya açıqlamasında AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq münasibətlər və insan hüquqları” şöbəsinin müdiri, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu deyib.

Ətraflı

Təcrübədə olan tələbələr ilk mühazirə dərsini keçdi

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutuna təcrübə keçmək üçün göndərilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının “Hüquqşünaslıq” və Azərbaycan Respublikası Prezidenti Yanında İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” və “Politologiya” ixtisasları üzrə təhsil alan IV kurs bakalavr tələbələri üçün ilk mühazirə dərsi təşkil edilmişdir.

Ətraflı

İnstitutda YAP partiya təşkilatı yaradıldı

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunda Yeni Azərbaycan Partiyası təşkilatının yaradılması ilə əlaqədar Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədovun institut kollektivi ilə görüşü keçirilmişdir.

Ətraflı

Mülkü hüquq kitabı nəşr olunub

AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru, dosent Asif Qədirovun “Mülkü hüquq”(xüsusi hissə) adlı dərs vəsaiti nəşr olunub.

Ətraflı