Arxiv

Aytən Mustafazadə Fəxri Professor adına layiq görüldü

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, Aytən xanım Mustafazadə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun Fəxri professoru adına layiq görülüb.

Ətraflı

İctimaiyyətlə əlaqələr şöbələrinin illik hesabat iclası keçirildi

Fevral ayının 13-ü AMEA-da akademiyanın müxtəlif institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2017-ci il üçün hesabat iclası keçirilmişdir. Hesabat iclası AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunmuşdur.

Ətraflı

Anons jurnalistlərin nəzərinə!

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu olaraq, biz fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və ekspertizalar aparır, qanunvericilik təşəbbüsləri ilə çıxış edir, mütəmadi olaraq zəruri nəşr hazırlayır və beynəlxalq tədbirlər təşkil edirik. Bu işlərin davamı olaraq 25 yanvar 2018-ci il saat 12.00-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılışı ilə əlaqədar “dəyirmi masa” keçiriləcək.

Ətraflı

İnsan hüquqları İnstitutunun elmi işçisinin araşdırması Türkiyə Cümhuriyyətinin elmi dərgisində nəşr olunmuşdur.

AMEA İnsan Hüquqları İnstitutunun Milli Təhlükəsizlik və Erməni araşdırmaları şöbəsinin elmi işçisi Elşad Əlilinin əsaslı faktlara söykənən, mühüm elmi araşdırmanın nəticəsi olan " Akkadcada Türkçe İzleri Ve Dil Kuralları Işığında Akkadca Ve Türkçe Dilleri Arasında Bağlar " adlı məqaləsi Türkiyə Cümhuriyyətinin Beynəlxalq "Türk Dünyası Kültür Araştırmaları" dərgisində nəşr olunmuşdur. Məqalədə ölü dil sayılan qədim akkad dili ilə türk dilləri arasında əlaqələrə toxunlmuş və türk dilindən qədim akkad dilinə keçmiş yüzə yaxın türkcə söz örnək kimi təqdim olunmuşdur. Bununlada türk dilinin Qədim Mesopotamiyada hələ e.ə. 2500 il öncə mövcudluğunun bir başa linqvistik dəlilləri gətirilmişdir.

Ətraflı

Avropa-mühacirlər-diskriminasiya

Hər bir mühacirət insanların sadəcə mexaniki yerdəyişməsi yox, siyasi və sosial-iqtisadi həyatın müxtəlif sahələrinə təsir göstərən mürəkkəb ictimai prosesdir, özünəməxsus siyasi, hüquqi, etnik-milli, sosial, iqtisadi, demoqrafik, hətta ekoloji aspektlərə malik olur və müvafiq problemlər doğurur.

Ətraflı

Suriya böhranı qərb dövlətlərinin yaxın Şərq strategiyasında

Ərəb baharı adı altında başlayan Yaxın Şərq böhranı dərinləşməkdə davam edir. Xalqların demokratiya və azadlıqlar uğrunda başladıqları mübarizə bir çox dövlətdə hakimiyyət dəyişikliyinə səbəb oldu. Lakin zaman göstərdiki bu inqilablar xalqlara demokratiya deyil xaos gətirdi. Nəticədə bir çox müsəlman dövləti qanlı toqquşmaların baş verdiyi əraziyə çevrildi.

Ətraflı

İşğal olunmuş Qarabağda yaşı təxminən 3000 il olan qədim türk balbalları aşkar edilmişdir

Zaman dəyişir və erməni ideoloqları görünür, öz “qədim” mövcudluqlarını türk mədəniyyətində və tarixində tapmağa tələsirlər. Türklər və türk faktoru dünya geosiyasətində getdikcə daha əhəmiyyətli amilə çevrilir. İndi artıq aydındır ki, erməni ideoloqları nə üçün qəfildən köçəri mədəniyyətinə və tarixinə “vurulmuşlar”.

Ətraflı