Arxiv

“NATO-nun Varşava sammiti: imkanlar və gözləntilər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

07 mart 2016-ci il tarixində “JW Marriott Abşeron” hotelinin “Xocasən” zalında AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu və NATO-nun Azərbaycandakı əlaqələndiricisi olan Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə “NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda Beynəlxalq konfrans keçiriləcək. 

Ətraflı

“Qonaq elmi işçilərin mübadiləsi proqramı” çərçivəsində RUSMPİ miqrasiya İnstitutunun direktoru Olqa Gulina “Azərbaycanda miqrasiya sahəsində institusional və hüquqi islahatlar prosesi” mövzusunda elmi tədqiqatı yerinə yetirmişdir.

AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu və XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) birgə təşkil etdiyi “Qonaq elmi işçilərin mübadiləsi proqramı” çərçivəsində Berlin şəhərində yerləşən RUSMPİ Miqrasiya İnstitutunun direktoru Olqa Qulina 2016-cı ilin yanvar-mart aylarında “Azərbaycanda miqrasiya sahəsində institusional və hüquqi islahatlar prosesi” (“Institutional and legislative reform process in the field of migration in Azerbaijan”) mövzusunda elmi tədqiqatı yerinə yetirmişdir.

Ətraflı

Prof. Rövşən Mustafayev” adina medal və sertifikatın təqdimatı

AMEA-nın İnsan Hüquqları İnstitutu və Prof. R.Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Prof. Rövşən Mustafayev” adına medal və sertifikat hər il Аzərbаycаn еlminin inkişаfınа vеrdiyi töhfəyəvə həmçinin, erməni məsələsi üzrəən yахşı еlmi tədqiqаtа görətəqdim edilir. 24 dekabr 2015-ci il saat 12.00-da AMEA-nın İnsan Hüquqları İnstitutunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda araşdırmalar aparmış və münaqişənin özəyini dünya birliyinə düzgün şəkildə , təkzibolunmaz faktlarla çatdırmış alimlərə İnsan Hüquqları İnstitutu və Prof. R.Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş medal və sertifikatların təqdimetmə mərasimi keçiriləcək.

Ətraflı