Arxiv

İnsan hüquqları İnstitutunun elmi işçisinin araşdırması Türkiyə cümhuriyyətinin elmi dərgisində nəşr olunmuşdur.

AMEA İnsan Hüquqları İnstitutunun Milli Təhlükəsizlik və Erməni araşdırmaları şöbəsinin elmi işçisi Elşad Əlilinin əsaslı faktlara söykənən, mühüm elmi araşdırmanın nəticəsi olan " Akkadcada Türkçe İzleri Ve Dil Kuralları Işığında Akkadca Ve Türkçe Dilleri Arasında Bağlar " adlı məqaləsi Türkiyə Cümhuriyyətinin Beynəlxalq "Türk Dünyası Kültür Araştırmaları" dərgisində nəşr olunmuşdur.

Ətraflı

Polşa elmlər akademiyası siyasi elmlər İnstitutunun aspirantı Anna Virovskaya AMEA-nın İnsan hüquqları üzrə elmi-tədqiqat İnstitutunda olmuşdur.

04 iyun 2015-ci ildə Varşava Collegium Civitas Universitetinin müəllimi, Polşa Elmlər Akademiyası Siyasi Elmlər İnstitutunun aspirantı Anna Virovskaya AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda olmuşdur. İnstitutun elmi işlər üzrə direktor müavini professor, elmlər doktoru Lalə Əhmədova polşalı qonağa institutun insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyət və Azərbaycanın son illər əldə etdiyi sosial-iqtisadi inkişaf haqqında ətraflı məlumat vermişdir. İnstitutun Milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin böyük elmi işçisi Esmira Orucova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqişəsinin tarixi köklərindən, bu münaqişə nəticəsində öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyəti barədə tədqiqatçı qonağa geniş müsahibə vermişdir. Qeyd etmək lazımdır ki, Anna Virovskaya “Azərbaycanda məcburi köçkünlərin vəziyyəti” mövzusunda elmi iş üzərində tədqiqat ap

Ətraflı

İsveçrənin Cenevrə şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) İnkişaf üçün elm və texnologiya üzrə komissiyasının 18-ci iclası keçirilmişdir.

04-08 may 2015-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) İnkişaf üçün Elm və Texnologiya üzrə Komissiyasının 18-ci iclası keçirilmişdir. AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aqil Vəliyev göstərilən tədbirdə iştirak etmək üçün 03-08 may 2015-ci tarixlərində İsveçrənin Cenevrə şəhərinə ezam olunmuşdur.

Ətraflı