Arxiv

Anons (Azərbaycan 25 il erməni terroru ilə mübarizədə üz – üzə)

Hörmətli həmvətənlər! AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu 26 oktyabr 2016-cı il saat ­­­12.00 tarixində “Azərbaycan 25 il erməni terroru ilə mübarizədə üz – üzə” mövzusunda “Dəyirmi Masa” keçirməyi planlaşdırır. Tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunur.

Ətraflı

“İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” elektron kİtabının təqdimatı

2016-cı il iyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun binasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi” adlı layihə çərçivəsində nəşr etdirdiyi “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” kitabının elektron variantının təqdimat mərasimi keçirilmişdir.

Ətraflı

«Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası» mövzusu üzrə beynəlxalq seminar

05-06 may 2016-cı il tarixlərində Bakı şəhərindəki “Excelsior” hotelində Avropa İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” mövzusu üzrə Beynəlxalq Seminar keçiriləcəkdir.

Ətraflı