Sağlamlığın qorunması hüququnun müdafiəsi müasir beynəlxalq hüququnda ən aktual problemlərindən biri kimi çıxış edir. İnsan hüquqları üzrə beynəlxalq qanunvericilik sağlamlığın qorunması üzrə təmin olunmuş hüququn obyekti kimi “sağlamlıq vəziyyətinin nail olunmuş ən yüksək səviyyəsi”nə istinad edir.
Müəllif :
Zamiq Aslanov
Nəşr tarixi : 2018
Terrorçuluğun formalarının fərqləndirilməsi onun ictimai-təhlükəli təbiətinin öyrənilməsində, ona qarşı mübarizə vasitələrinin işlənib-hazırlanmasında böyük əhəmiyyətə malikdir. Lakin bölgü zamanı fərqli meyarların sadalanması vahid sistemin formalaşmasına mənfi təsir edir.
Müəllif :
Vasif Nəcəfov
Nəşr tarixi :
Dünyamız təbiət, insan və ailə təməli üzərində bərqərar olmuşdur. Buna görə də bu gün cəmiyyət, şəxsiyyət və dövlət üçün ailə qədər dəyərli, ailə qədər əhəmiyyətli və ailə qədər geniş təsir imkanlarına malik olan insan birliyi yoxdur. Ailə – yetkinlik yaşına çatmış kişinin və qadının öz arzularına və istəklərinə müvafiq olaraq, fizioloji və bioloji tələbatlarını təmin etmək, sevgiyə, məişət və təsərrüfat ümumiliyinə əsaslanan, kişi və qadın birliyi kimi ailə yaratmaq, dünyaya uşaq gətirmək, övlad sahibi olmaq məqsədilə tərəflərin könüllü razılığı və bərabərliyi əsasında təsis olunan, dövlətin xüsusi himayəsində olan, cəmiyyətin özəyini təşkil edən və dövlət tərəfindən müəyyən edilmiş prosedur qay-dalara əməl etməklə müvafiq icra hakimiyyəti orqanlarında rəsmiləşdirilən nikah əsasında yaranan insan birliyidir.
Müəllif :
Səidə Həsənzadə
Nəşr tarixi : 2019
Məqalədə təhlükəsizliyin nəzəri, tarixi aspektlərinə yer verilmiş və beynəlxalq münasibətlər sistemində təhlükəsizliyin problemlərinin həllinə yönələn yeni təhlükəsizlik sistemlərinin formalaşması və inkişafı mərhələlərində beynəlxalq təhlükəsizlik hüququnun rolu barədə məsələlər təqdim edilmişdir. Beynəlxalq sülh və təhlükəsizliyin təmini sahəsində beynəlxalq hüquqi vasitələri
nizama salan ən əsas mənbə BMT Nizamnaməsi olaraq qeyd edilmişdir. Eyni zamanda beynəlxalq təhlükəsizliyin təmini sahəsində mənbələr sistemində vacib yerləri ikitərəfli və çoxtərəfli qarşılıqlı razılıq əlaqələri, sülhün təmin edilməsini nizama salan qaydaların hüquqi aspektlərə dayanması məsələlərini ehtiva edən və bu sahədə olan beynəlxalq və regional konvensiyalar tədqiq edilmişdir.
Müəllif :
Araz Abdullasoy
Nəşr tarixi : 2016
Məqalədə Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarının fəaliyyətinin hüquqi əsasları tədqiq edilmişdir. Xüsusilə bu sahəni nizamlayan normativ aktların məzmunu və mahiyyəti açıqlanmışdır. Bununla yanaşı, məqalədə xüsusilə qeyd edilir ki, bu sahədə olan Azərbaycan qanunvericiliyi beynəlxalq hüquq normalarından, o cümlədən beynəlxalq təhlükəsizlik hüququndan irəli gələn hüquq və vəzifələrə tam uyğundur. Xüsusilə də insan hüquqları və əsas azadlıqlarının qorunmasına Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanlarının fəaliyyətində xüsusi önəm verilir.
Müəllif :
Araz Abdullasoy
Nəşr tarixi : 2015
Вице-президент государства обычно только один; он избирается вместе с президентом и на тот же срок. В период отсутствия президента вице-президент исполняет в ограниченном объёме некоторые его полномочия; имеет разные частные поручения и общественные обязанности; в случае отставки, импичмента или смерти президента вице-президент во многих странах исполняет его обязанности (сам становясь президентом, как в США, или на должности и.о. президента) до конца срока; в некоторых странах с этой должностью в таком случае требуются досрочные выборы.
Müəllif :
Нигяр Гусейнова
Nəşr tarixi : 2018
На сегодняшний день в стране ведется активная работа по социальной интеграции лиц с ограниченными физическими возможностями (далее лиц с ОФЗ) в общество, где особую актуальность представляет вопрос выбора профессии и трудоустройства. Выбор профессии – это ответственный и важный этап в жизни каждого человека. Особенно трудно этот выбор дается лицам с ограниченными физическими возможностями, профессиональные возможности которых в той или иной степени ограничены.
Müəllif :
Нигяр Агакишиева
Nəşr tarixi : 2018
1991-ci ildə SSRİ dağıldıqdan sonra 12 noyabr 1995-ci il tarixdə layihəsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümum xalq səs verməsində (referendumda) qəbul edildi. Ümummilli lider Heydər Əliyev haqlı olaraq göstərirdi ki, “bizim Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini əks etdirir.
Müəllif :
Nəsib Şükürov
Nəşr tarixi : 2018
Отметим, что проблемы правосудия беспрестанно находились в центре внимания выдающихся умов своего времени, занимая важное место среди проблем государственного строительства. Можно сказать, что большинство ученых и мыслителей как среди философов, так и правоведов и историков с самых давних пор в той или иной степени затрагивали в своих трудах тематику правосудия.
Müəllif :
Ильхам Алиев
Nəşr tarixi : 2018
TRİPS (əqli mülkiyyət hüquqlarının ticari məsələlərinə dair saziş)
sazişi əqli mülkiyyət hüquqları haqqında mühüm qaydaları
müəyyənləşdirən ÜTT-nin sazişlərindən biridir. ÜTT-yə üzv olan ölkələr
tərəfindən 1986-cı ildən başlayaraq əqli mülkiyyət hüquqlarına dair saziş
imzalanması nəzərdə tutulsa da, danışıqlar 1994-cü ilə qədər davam
etmiş və yalnız 15 aprel 1994-cü ildə Mərakeşdə TRİPS sazişi
imzalanmışdır. Saziş 1 yanvar 1995-ci ildə qüvvəyə minmişdir. Bu Saziş
Ümumdünya Ticarət Təşkilatının yaradılması haqqında Mərakeş
Sazişinin 1C saylı Əlavəsidir.
Müəllif :
Fidan Rüstəmli
Nəşr tarixi : 2018