The transition towards ecological transport has become a global priority as urbanization intensifies challenges related to congestion, pollution, and inefficient mobility. This study examines the integration of electric buses, trams, and cycling infrastructure in Russia and Azerbaijan by drawing on the experiences of Japan and China. Japan’s approach, characterized by gradual technological innovation and a focus on hydrogen fuel cell vehicles, contrasts with China’s large-scale deployment of electric buses and rapid tram expansion. These differing strategies provide valuable insights into the feasibility of sustainable transport models in emerging urban environments.
Müəllif :
Aqil Əsәdov, Emil Qәnbәrov
Nəşr tarixi : 2025
Mәqalәdә müәlliflәr tәrәfindәn şәrh olunur ki, müasir dövrdә dövlәtlәrarası beynәlxalq münasibәtlәrin әsas vә başlıca iştirakçıları hakimiyyәt subyekti olan dövlәtlәrdir. Azәrbaycan Respublikasınında iştirak etdiyi belә münasibәtlәr iqtisadi, xarici әlaqәlәr, insan hüquqları, humanitar, ekologiya, dәnizdәn, hava mәkanından vә kosmik fәzadan istifadә olunması, hәmçinin cinayәtkarlıqla mübarizә aparılması vә digәr sahәlәrdә yaranır. Göstәrilәn bu vә digәr kompleks münasibәtlәr, şübhәsiz, müәyyәn hüquq sistemi vasitәsilә tәnzimlәnir vә öyrәnilir ki, ona beynәlxalq hüquq elmi, başqa sözlә, beynәlxalq hüquq doktrinası deyilir. Eyni zamanda, qeyd edilir ki, beynәlxalq hüquq çoxaspektli anlayışdır vә elmi dövriyyәdә dörd әsas mәnada işlәdilir: obyektiv mәnada beynәlxalq hüquq; qanunvericilik mәnasında beynәlxalq hüquq; elmi mәnada beynәlxalq hüquq (doktrina); tәdris fәnni mәnasında beynәlxalq hüquq (tәdris kursu).
Müəllif :
Etibar Əliyev, Anara Hacıbәyli
Nəşr tarixi : 2025
Müәllif tәrәfindәn bu mәqalәdә müasir Azәrbaycanda insan hüquqları sahәsindә formalaşmaqda olan tibb-hüquq münasibәtlәri barәdә mәsәlә elmi-praktik kontekstdә nәzәrdәn keçirilir. Qeyd edilir ki, Аzәrbaycan Respublikasının 1995- ci il Коnstitusiyasında insan hüquq vә azadlıqlarının müdafiәsi, sağlam әtraf mühitdә yaşamaq hüququ, sağlamlığın qorunması hüququ, azad sahibkarlıq fәaliyyәti hüququ vә s. barәdә müvafiq normalar yer almışdır. Başqa sözlә, hәr kәsin konstitusion hüquqları vardır vә belә insan hüquqlarının müvafiq qanunla qorunması tәmin olunur. Bu aspekt onu ehtiva edir ki, müasir dövrdә әhalinin sağlamlığının qorunması istiqamәtindә formalaşmış tibb hüququ yeni nәsil hüquqlar kateqoriyasına aid olmaqla insan hüquqları sistemindә tәrkib hissә kimi çıxış edir.
Müəllif :
Zaur Əliyev
Nəşr tarixi : 2025
Bu məqalədə Azərbaycan Respublikasının sosial sığorta ilə bağlı qüvvədə olan qanunvericiliyi ətraflı şəkildə araşdırılıb, xüsusilə sosial sığorta haqqının ödənilməsi, onun formalaşması, istifadə edilməsinin hüquqi tənzimlənməsi, yuxarı həddinin müəyyən edilməsi zərurəti və digər praktiki tətbiq məsələlərinə diqqət yetirilmişdir. Məqalədə, həmçinin həm məcburi, həm də könüllü sosial sığorta üzrə sosial sığorta haqlarının tətbiqi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericilik aktlarında dəyişikliklər və təkliflər irəli sürülmüşdür.
Müəllif :
Kamran Ağamoğlanov
Nəşr tarixi : 2025
Məqalə yerli özünüidarə sisteminin hüquqi konstruksiyasının quruluşunun qiymətləndirilməsi problemlərinə həsr olunmuşdur. Bələdiyyə quruculuğu təcrübəsinin ümumiləşdirilməsi ilə ölkədə yerli özünüidarənin hüquqi konstruksiyasının yaradılması üçün əsaslı institusional islahatların aparılmasının zəruriliyi müəyyən edilmişdir. Azərbaycan üçün xarici elementli özünüidarə konstruksiyasının qiymətləndirilməsi xarici ölkələrin konstitusiyalarının yerli dövlət idarəçiliyi və yerli özünüidarə kateqoriyalarının fərqləndirilməsinə dair müddəalarının təhlilindən başlanır. Yerli özünüidarənin konstitusion-hüquqi əlamətləri nəzərdən keçirilir. Mərkəzi icra hakimiyyəti orqanlarının yerli icra hakimiyyətinin həyata keçirilməsində rol oynaması, yerli özünüidarənin vətəndaşlar tərəfindən yerli seçkilər, rəy sorğusu, vətəndaşların yığıncaqları vasitəsilə həyata keçirilməsinə dair müddəaların Konstitusiya səviyyəsində təsbit olunması haqqında fikirlər əsaslandırılmışdır
Müəllif :
Sahil Hüseynov
Nəşr tarixi : 2025
Nikahların pozulması hər bir ölkənin demoqrafik göstəricilərini aşağı salan, həmçinin sosial gərginlik yaradan amillərdən biridir. Ailə-nikah münasibətlərinə xitam veriləndə ailədə yetkinlik yaşına çatmayan uşaqların olması bu prosesi mənəvi cəhətlə yanaşı, hüquqi cəhətdən də daha da mürəkkəbləşdirir. Məqalədə valideynlərin nikahı məhkəmə qaydasında pozulduqda Azərbaycan Respublikasının mülki-prosessual, ailə və digər qanunvericilik aktlarında yetkinlik yaşına çatmayanların şəxsi (qeyri-əmlak) və əmlak hüquqlarının təmin edilməsi məsələləri tədqiq olunur.
Müəllif :
Səbinə Əzizova
Nəşr tarixi : 2025
Bu məqalədə itirilmiş əşyaların hüquqi tənzimlənməsi məsələsi araşdırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 186-cı maddəsi əsasında tapıntıların hüquqi rejimi izah edilir və digər ölkələrin – Türkiyə, Almaniya, Yaponiya və ABŞ-nin qanunvericilikləri ilə müqayisəli təhlil aparılır. Araşdırma göstərir ki, bəzi ölkələrdə tapılmış əşyaların idarə edilməsi və mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı daha dəqiq və sistemli hüquqi çərçivələr mövcuddur. Məqalədə, həmçinin tapıntıların qeydiyyatı, sahiblərinə qaytarılması və hüquqi məsuliyyətin artırılması üzrə Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürülür.
Müəllif :
Nəimi İsmayılzadə
Nəşr tarixi : 2025
Məqalədə boşanma zamanı əmlak bölgüsü ilə bağlı yaranan problemlər, bu problemlərin yerli və bəzi xarici ölkələrin qanunvericiliyində həlli qaydaları əks olunub. Nikah müqaviləsinin tətbiqindən yarana biləcək problemlərin aradan qaldırılması ilə bağlı mövqe bildirilmişdir. Eyni zamanda, birgə əmlakın nədən ibarət olduğu ətraflı şəkildə araşdırılmış və daha ədalətli yanaşmalar müqayisə edilmişdir. Bundan əlavə, aparılmış tədqiqatlara münasibət bildirilmiş və bəzi təkliflər irəli sürülmüşdür.
Müəllif :
Bilal İbrahimov
Nəşr tarixi : 2025
Məqalə ştat ixtisarı ilə əlaqədar işdən çıxarılmış işçinin sonradan məhkəmə qərarı əsasında əvvəlki vəzifəsinə bərpa olunarkən ona məcburi işburaxma dövrü üçün verilən əməkhaqqının bəzi problemlərindən bəhs edir. Belə ki, işdən çıxarılan zaman müavinət almış işçi sonradan məhkəmə qərarı əsasında əvvəlki vəzifəsinə bərpa edilərkən işəgötürənin həmin işçiyə məcburi iş buraxma dövrü üçün əməkhaqqı ödəmək öhdəliyi əmələ gəlir. Məqalədə məcburi iş buraxma dövrünə görə ödənilən əməkhaqqının işdən çıxarma zamanı verilmiş ödənişlər (əməkhaqqı, müavinət və s.) həcmində azaldılması təklif edilmişdir.
Müəllif :
Ata Vəliyev
Nəşr tarixi : 2025
Bu məqalədə müəllif cinayətə dair məlumatların müvafiq istintaq orqanına göndərilməsi ilə bağlı cinayətprosessual qanunvericiliyinin yanlış tətbiqini müzakirə edir. Müəllif istintaq orqanına göndərilən cinayət məlumatlarının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğu halda, ilkin yoxlama materialları ilə birlikdə həmin icra strukturunun eyni istintaq orqanına göndərilməsinin yanlış olduğunu qeyd edir. Bu vəziyyət yoxlanılan şəxsin hərəkətlərində cinayət tərkibinin olduğu ehtimalına əsaslanaraq baş verir. Məqalədə müvafiq normaların elmi-praktik izahı verilir və Cinayət-Prosessual Məcəllənin müəyyən müddəalarının təkmilləşdirilməsi üçün konkret təkliflər təqdim olunur.
Müəllif :
Yasin Mikayıllı
Nəşr tarixi : 2025