Axtarışın nəticələri

Polşa elmlər akademiyası siyasi elmlər İnstitutunun aspirantı Anna Virovskaya AMEA-nın İnsan hüquqları üzrə elmi-tədqiqat İnstitutunda olmuşdur.

04 iyun 2015-ci ildə Varşava Collegium Civitas Universitetinin müəllimi, Polşa Elmlər Akademiyası Siyasi Elmlər İnstitutunun aspirantı Anna Virovskaya AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda olmuşdur. İnstitutun elmi işlər üzrə direktor müavini professor, elmlər doktoru Lalə Əhmədova polşalı qonağa institutun insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyət və Azərbaycanın son illər əldə etdiyi sosial-iqtisadi inkişaf haqqında ətraflı məlumat vermişdir. İnstitutun Milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin böyük elmi işçisi Esmira Orucova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqişəsinin tarixi köklərindən, bu münaqişə nəticəsində öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyəti barədə tədqiqatçı qonağa geniş müsahibə vermişdir. Qeyd etmək lazımdır ki, Anna Virovskaya “Azərbaycanda məcburi köçkünlərin vəziyyəti” mövzusunda elmi iş üzərində tədqiqat ap

Ətraflı

İsveçrənin Cenevrə şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) İnkişaf üçün elm və texnologiya üzrə komissiyasının 18-ci iclası keçirilmişdir.

04-08 may 2015-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) İnkişaf üçün Elm və Texnologiya üzrə Komissiyasının 18-ci iclası keçirilmişdir. AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aqil Vəliyev göstərilən tədbirdə iştirak etmək üçün 03-08 may 2015-ci tarixlərində İsveçrənin Cenevrə şəhərinə ezam olunmuşdur.

Ətraflı

Leyla Əliyeva:" Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)

AMEA-nın İnsan Hüquqları İnstitutunun Elmi Şürasının qərarı ilə nəşr edilmiş, yazıçı publisist, əməkdar jurnalist Vasif Səmədov və tanınmış alim, professor Rövşən Vəlizadənin “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik monumental əsərin üçüncü cildi işıq üzü gördü.

Ətraflı