Axtarışın nəticələri

GMO və ərzaq təhlükəsizliyi

AMEA İnsan Hüquqları İnstitutunun yaradılmasının 15 illiyinə həsr olunmuş “GMO və Ərzaq təhlükəsizliyi” kitabında İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayevanın “Milli genofondumuz təhlükə altındadır” başlıqlı ön sözü ilə problemlərə toxunulur.

Ətraflı

Yüz birinci şans

“...Yüz birinci şans...”. AMEA İnsan Hüquqları İnstitutunun yaradılmasının 15 illiyinə həsr olunmuş kitaba İnstitutun yaradıcısı və ilk direktoru, siyasi elmlər doktoru, mərhum professor Rövşən Mustafayevin 1995-ci ildə işıq üzü görmüş “Azərbaycan dövlətçiliyi: özümüzü və dünyanı dərketmə yolunda” monoqrafiyası və 1993-cü ildə dərc olunmuş “İnkişafın Azərbaycan yolu (Azərbaycan cəmiyyətinin islahatlaşmasının mümkün mexanizmi. İnkişafın Avropa-Asiya modeli)” əsəri daxil edilmişdir.

Ətraflı

Çoxşaxəli beynəlxalq hüquq

“Çoxşaxəli beynəlxalq hüquq”. AMEA İnsan Hüquqları İnstitutunun yaradılmasının 15 illiyinə həsr olunmuş kitab İnstitutun yaradıcısı və ilk direktoru, siyasi elmlər doktoru, mərhum professor Rövşən Mustafayevin “İnsan hüquqları – fərdi insan edən meyarlar” adlı ön sözü ilə açılır.

Ətraflı

Müasir hüquqi problemlər

“Müasir hüquqi problemlər”. AMEA İnsan Hüquqları İnstitutunun yaradılmasının 15 illiyinə həsr olunmuş kitaba İnstitutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayevanın yeni elm sahəsi olan bioetikanın insan hüquqlarının qorunmasında önəmli rolundan bəhs edən “İnsan hüquqlarının müdafiəsi bioetikanın tərkib hissəsi kimi” və beynəlxalq humanitar hüquq pozuntularının təhlil edildiyi “Механизм имплементации и его содержание в контексте пресечения нарушений международного гуманитарного права” monoqrafiyaları daxil edilmişdir.

Ətraflı

Din və ictimai təhlükəsizliyin aktual problemləri

AMEA İnsan Hüquqları İnstitutunun yaradılmasının 15 illiyinə həsr olunmuş “Din və ictimai təhlükəsizliyin aktual problemləri” kitabı dini təriqətlərin zərərli tərəflərinin cəmiyyətdə yaratdığı ictimai təhlükə problemini, eyni zamanda qanunvericilik əsasında bu kimi təriqətlərin fəaliyyətinin qadağan edilməsi, həmçinin dini terrorizmin və ekstramizmin qarşısının alınması da cəmiyyətimizi bir çox təhlükədən qoruya biləcəyi məsələsinə toxunulmuşdu.

Ətraflı

AMEA insan hüquqları üzrə elmi tədqiqat İnstitutu 2012-ci ilə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 191 №-li 28 avqust 2012-ci il tarixli sərəncama əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və ya dissertanturaya ( ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Ətraflı