Bu yazıda Maks Veber və Karl Marksın hüququn funksiyalarına dair tarixi‐sosioloji qənaətlərini işıqlandırmağa çalışacağam. Ələlxüsusu, Veberin sosio‐hüquqi baxışları bu günün prizmasından, habelə dünyanın bügünkü siyasi konyukturası nəzərə alınmaqla tərərfimdən izah ediləcəkdir. Bu mövzunun elmi‐metodoloji baxımdan müqayisəli metodan istifadə edilməklə də izah oluna bilinməsinə baxmayaraq Veberin doktrinası günümüzə transportasiya olunmaqla şərh olunacaqdır ki, bu da empirik baxımdan daha məqbuldur, çünki Veberin nəzəriyyəsi konkret dövr üçün deyil, universal çalarlara malik olduğunu Qərb mütəfəkkirləri iddia etməkdədirlər.
Müəllif :
Fərhad Nəcəfov - Hüquqşünas
Nəşr tarixi : 2015
Hazırki məqalədə dünyada əmtəə nişanlarının hüquqi qorunması sahəsində son iyirmi ilin yeni trendi – rəngin əmtəə nişanı kimi tanınması, bu yeniliyin lehinə və əleyhinə səsləndirilən hüquqi rəylərdən bəhs edilir
Müəllif :
Nazlı Əhmədova Vəkil
Nəşr tarixi : 2015
Məqalədə müdafiə nitqinin (təqsirləndirilən şəxsin son sözünün) anlayışı, prosessual əhəmiyyəti və subyektlərinin dairəsi araşdırılır. Geniş mənada müdafiə nitqi dedikdə, məhkəmə baxışında iştirak edən müdafiə tərəfi subyektlərinin öz mövqelərini müdafiə etmək və müdafiə funksiyasından irəli gələn hüquq və vəzifələrin realizə edilməsi məqsədi ilə söylədiyi bütün nitq növləri, yəni həm giriş nitqi, həm məhkəmə çıxışları, həm replikalar, həm məhkəmədə həll edilən aralıq məsələlərə dair fikir bildirərkən söylədikləri nitqlər və etdikləri çıxışlar başa düşülür. Dar mənada isə, müdafiə nitqi dedikdə məhkəmə istintaqından sonra həyata keçirilən məhkəmə çıxışlarında müdafiə tərəfi subyektləri tərəfindən söylənilən yekun nitq, eləcə də, təqsirləndirilən şəxsin son sözü nəzərdə tutulur.
Müəllif :
Ərəstun Qasımov Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2015
Ümumi prizmadan diqqət yetirsək görərik ki, vərəsəlik hüququnda özünəməxsus əlamətləri və keyfiyyətləri ilə seçilən Roma hüququnda xüsusi bir qayda mövcud idi: “... ya kiminsə mirası tərkibinə daxil olan hüquqları qəbul etməməsi nəticəsində (məsələn, müəyyən şəxs əşyanı Tutsinin vərəsəsinə verməkdən ona görə imtina etmir ki, onu Tutsinin vərəsəsi hesab etmir, ona görə ki, Tutsinin özünün həmin əşyaya hüququnu rədd edir), ya da kiminsə öz davranışı ilə həmin şəxsin vərəsə kimi hüquqlarını pozması və ya qəbul etməməsi nəticəsində (məsələn, həmin şəxsin öz vərəsəlik hüququnu əldə etdiyi vəsiyyətnamənin etibarlılığına etiraz edirdi) vərəsənin məhkəmə müdafiəsinə ehtiyacı yarana bilərdi.
Müəllif :
Paşa Səfərov - Vəkil
Nəşr tarixi : 2016
Azərbaycan Respublikası iqtisadi güclü, müasir və sosial dövlət quruculuğu prosesində ciddi addımlar atıbdır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik, qanunçuluq və müstəqil hüquqi dövlətin sabitliyi bu gündə iqtisadi inkişafın zəmanətçisidir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların müvəffəqiyyətinin təmin olunmasında, Azərbaycanın hüquqi dövlət kimi beynəlxalq nüfuzunun möhkəmləndirilməsində, sözsüz ki, ölkənin beynəlxalq norma və prinsiplərinə cavab verən hüquq sistemi dayanıbdır.
Müəllif :
Rəşid Rzayev
Nəşr tarixi : 2015
Tədqiqat mövzusunun aktuallığı həmçinin ondan ibarətdir ki, hüquqi yardım göstərmənin mövcud qanunvericilik tənzim mexanizmi artıq köhnəlmişdir, ona görə də, müasir hüquq münasibətlərinin tələblərinə cavab vermir. Bu məsələ üzrə yeni qanunvericilik bazası işlənmə mərhələsində olduğundan, hüquqi yardım almaq hüququnun mahiyyətinin nəzəri tədqiqi hazırda aktual hesab olunmalıdır. Fikrimizcə, bu tədqiqatın nəticələri qeyd olunan qanunvericlik tənzim bazasının hazırlanması zamanı nəzərə alına bilər
Müəllif :
Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü
Nəşr tarixi : 2015
Hüquqi şəxslər, əsasən də kommersiya hüquqi şəxsləri (şirkətlər) Azərbaycanda sahibkarlığın və ümumiyyətlə iqtisadiyyatımızın önəmli hissəsi və təkanverici qüvvəsidir. 2008‐ci ilin yanvarın 1‐dən kommersiya hüquqi şəxslərin bir pəncərə prinsipi ilə qeydiyyata alınmasından bu günə qədər şirkətlərin sayı bir neçə dəfə artmışdır. Hazırda sayları on minlərlə ölçülən həm bu şirkətlərin, həm də əvvəlki dövrlərdə yaradılmış şirkətlərin fəaliyyətdə olan hər biri bu yüksək məbləğli inzibati cərimələrlə üzləşə bilər.
Müəllif :
Allahverən Oruclu - Vəkil
Nəşr tarixi : 2016
Müasir idman yarışları, demək olar ki, başdan ayağa müxtəlif əqli mülkiyyət hüquqları ilə əhatə olunub. Götürək bu günlərdə davam edən futbol üzrə 2016‐cı il Avropa çempionatını. Çempionat onun təşkilatçısı UEFA‐ya (Union of European Football Associations) məxsus bir brenddir, hüquqi dillə desək, qeydiyyatdan keçmiş əmtəə nişanıdır. Avropa Birliyinin 005486899 saylı əmtəə nişanı olan EURO 2016 28 avqust 2008ci il tarixində qeydə alınmış və hələlik 21 noyabr 2016‐cı il tarixinədək qüvvədədir.
Müəllif :
Nazlı Əhmədova - Vəkil
Nəşr tarixi : 2016
Normativ xarakterli akt termini həm ümumi hüquq nəzəriyyəsi, həm də milli qanunvericilik üçün yeni anlayışdır. Ümumiyyətlə, «Normativ‐hüquqi aktlar haqqında» Konstitusiya qanununun 1.0.3‐cü maddəsində hüquqi aktların bir növü kimi normativ xarakterli aktlara verilən leqal definisiyaya əsaslanaraq deyə bilərik ki, cinayət‐prosessual hüququn mənbəyini təşkil edən normativ xarakterli aktlar müəyyən spesifik xüsusiyyətlərə malikdir
Müəllif :
Qaya Əliyev Hüquqşünas
Nəşr tarixi : 2015
Azərbaycan Respublikasının müasir mülki hüquq nəzəriyyəsində presedent hüququnun tətbiqi (hüququn mənbələrindən biri olması) ilə bağlı vahid fikir mövcud deyildir. Azərbaycan Respublikasının mülki hüququnda presedent hüququna ögey münasibət, yaxud onun “qəbuledilməz” hesab edilməsi ənənəsi sovet hakimiyyəti illərindən miras qalmışdır. Bunun əsas səbəblərindən biri kimi “presedent hüququ” anlayışının qərb ölkələrinin hüququndan, dolayısı ilə burjua hüquq məkanından gəlməsi və orada tətbiq edilməsi göstərilirdisə, digər səbəblərindən biri kimi də, əslində “presedent hüququ” anlayışının dar çərçivədə təsəvvür edilməsi ilə izah edilməlidir. Sonuncu fikir bu gün də əksər hüquqşünas alimlərin baxışlarında müşahidə edilməkdədir.
Müəllif :
Xamis Seyranov Hüquqşünas
Nəşr tarixi : 2015