Специфика трудовых отношений переживает глубокие изменения в том числе на фоне неизбежно идущей цифровизации. В динамику этих изменений внесла свою лепту и пандемия COVID-19. Сегодня как никогда возможности альтернативного решения трудовых споров представляют весьма значимую актуальность и невозможно недооценить перспективу применения в частности медиации для оздоровления трудовых отношений в целом с устранением характерного дисбаланса сил. В частности практика Азербайджанской Республики в области опыта применения медиации по трудовым спорам представляет значимую ценность для научного исследования и требует детального изучения.
Müəllif :
Азер Рагимов - доктор философии по праву. член Совета по Медиации и Коллегии Адвокатов Азербайджанской Республики
Nəşr tarixi : 2024
Məqalə vahid məhkəmə təcrübəsi institutunun tətbiqi məsələlərinə həsr edilmişdir. Hüquqi mövqedən fərqli yanaşmanın tətbiqinə yol verilməsi, vahid məhkəmə təcrübəsinin tətbiqinin monitorinqi onun “şablon” kimi tətbiqi imkanlarını aradan qaldırır. Vahid məhkəmə təcrübəsində məhkəmə presedentinin və prosessual prinsiplərin elementləri olmasına baxmayaraq, onların eyniləşdirilməsi düzgün olmazdı.
Müəllif :
Mətanət Əsgərova - Akademiyasının professoru, hüquq elmləri doktoru Ədliyyə Akademiyasının baş müəllimi, ədliyyə müşaviri
Nəşr tarixi : 2024
Ölkəmizdə məhkəmə ekspertiza fəaliyyəti cinayət işləri üzrə icraatın obyektiv həyata keçirilməsində əvəzsiz rola malikdir. Yaxın keçmişə qədər məhkəmə ekspertizası fəaliyyəti yalnız dövlət ekspertiza mərkəzləri tərəfindən icra edilirdi. Prosessual qanunvericiliyə edilən əlavə və dəyişikliklərdən sonra alternativ ekspertizaların keçirilməsi yüksək aktuallıq daşımağa başladı. Lakin cinayət prosesi bütün bu yeniliklərdən məhrum qalmışdır. Bu araşdırmanın məqsədi özəl ekspertiza fəaliyyətindən cinayət təqibində istifadə olunmasının önəmini vurğulamaqdan ibarətdir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi üçün alternativ ekspertizalar böyük əhəmiyyət kəsb edir
Müəllif :
polis baş leytenantı Xalid Qasımov
Nəşr tarixi : 2024
Rəqəmsal dövrün reallığı olan sosial media bir çox müsbət tərəfləri ilə yanaşı, mənfi xüsusiyyətləri ilə də xarakterizə olunur. Həmin çatışmazlıqların aradan qaldırılması zərurəti sosial medianın idarə olunmasını və hüquqi tənzimlənməsini şərtləndirir. Sosial media platformalarının sərhədləri bilinməyən virtual məkanda formalaşdığını və fəaliyyət göstərdiyini nəzərə alsaq, belə idarə olunma dövlətdaxili deyil, beynəlxalq səviyyədə aparılmalıdır. Məqalədə bununla bağlı beynəlxalq mənbələr və aparılan tədbirlər təhlil edilmiş, sosial medianın idarə olunmasının hüquqi aspektləri mövcud tənzimləmə meyarları əsasında tədqiq olunmuşdur.
Müəllif :
h.ü.f.d. Elnur Hümbətov
Nəşr tarixi : 2024
Bu məqalədə ölkələrarası övladlığa götürmənin hüquqi əsasları tədqiq edilmişdir. Məqalədə ölkələrarası övladlığa götürmə üzrə münasibətlərin tənzimlənməsində beynəlxalq müqavilələrin rolu əsaslandırılır. Həmin müqavilələr içərisində övladlığa götürmə üzrə münasibətləri tənzimləyən beynəlxalq konvensiyaların xüsusi yer tutduğu qeyd olunur.
Müəllif :
Səkinə Mehdıyeva - Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının doktorantı
Nəşr tarixi : 2024
Bazar münasibətlərinin sürətli inkişafı bu sahədəki hüquqi münasibətlərin tənzimində ənənəvi borc müqaviləsinin yetərsiz olduğunu sübut etdi. Məhz bu səbəbdən Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsində kredit müqaviləsi borc münasibətlərinin müstəqil yaranma əsası kimi qeyd edildi. Hazırkı məqalədə də müəllif tərəfindən kredit müqaviləsinin anlayışı bir neçə aspektdən araşdırılmış, onun hüquqi xüsusiyyətləri və elementləri təhlil olunmuşdur.
Müəllif :
Vəfa İsmayilova - Bakı Dövlət Unversiteti, Hüquq fakültəsi, Mülki hüquq kafedrasının doktorantı
Nəşr tarixi : 2024
İnsanın gündəlik tələbatlarının adekvat standartlar çərçivəsində ödənməsinə dair normativ aktlarda əksini tapmış müddəalar yalnız real həyatda təmin olunduğu zaman tam realizə edilmiş hesab oluna bilər. Müəllif tərəfindən öncəki tədqiqat işlərimizdə geniş surətdə təhlil edilmiş Afrika regionunda layiqli həyat hüququnun normativ əsasının müvafiq məqalədə son nəticə olaraq məhz qurumlar vasitəsilə həyata keçirilməsi əsasları təhlil edilir. Məqalədə həmçinin Afrika regionunda layiqli həyat hüquqlarının təşviqi istiqamətində fəaliyyət göstərən təşkilati mexanizmlərin təsnifatı aparılır, onların tarixi, funksiyaları, layiqli həyata nail olmaq istiqamətində fəaliyyəti araşdırılır, həyata keçirilən müvafiq proqram və planlar təhlil edilir, müvafiq təklif və tövsiyələr irəli sürülür.
Müəllif :
Rəhimova Mələkxanım - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının elmi katibi
Nəşr tarixi : 2024
Təqdim olunan məqalə 1990-cı illərdən başlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında ekoloji zəminli işlər üzrə yaranmaqda olan presedent hüququnun təhlilinə həsr olunmuşdur. Bu məqsədlə, Məhkəmədə baxılmış yüzdən çox iş nəzərdən keçirilmiş, Məhkəmənin öz hüquqi mövqelərini əsaslandırdığı əsas işlərin məzmunu Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələri üzrə təsnif olunmaqla qısa xülasə edilmişdir.
Müəllif :
Səadət Novruzova - Hüquq üzrə fəlsəfə doktoru Xəzər Universitetinin Hüquq kafedrasının müəllimi
Nəşr tarixi : 2024
İnsanların əmək hüquqlarının qloballaşması şəraitində həm beynəlxalq, həm də yerli qanunvericilik aktlarında əməyin mühafizəsi qaydalarının pozulmasına görə hüquqi məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi davam etdirilir. Bu qaydaların hüquqi tənzimlənməsi həm əmək, həm də cinayət qanunvericiliyi ilə həyata keçirilir. Bu məqalədə xarici dövlətlərin cinayət qanunvericiliyi ilə ölkəmiz arasındakı fərq və oxşar cəhətlər təhlil edilir.
Müəllif :
Fuad Nəzərov - Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının “Mülki hüquq” kafedrasının müəllimi, polis kapitanı
Nəşr tarixi : 2024
Əxlaqsız əməl adı altında əxlaqa zidd, ədəbsiz əməl başa düşülür. Bununla əxlaq – ictimai şüurun tənzimlənməsinin ümumsosial əsası kimi çıxış edən və insanların davranışının ictimai cəhətdən zəruri tipini təsdiq edən ictimai şüur və onun təcrübədə həyata keçirilməsinin formasıdır. Əxlaqi tələblər adət, ənənə və ümumi qəbul edilmiş təsəvvürlər formasında ictimai şüurda mövcud olur. Mənəviyyat – insanların sosial həyat fəaliyyətinin müxtəlif formalarında, davranış mədəniyyətində və insanlar arasında qarşılıqlı münasibətlərdə mənəvi idealların, məqsədlərin və mexanizmlərin praktiki təcəssümüdür. Hər bir insan əxlaqi şüur, əxlaqi fəaliyyət və əxlaqi münasibətlər prizmasından dünyaya baxmalıdır. Bu komponentlərin birindən kənara çıxma mənəvi tələblərdən kənara çıxma hesab edilir.
Müəllif :
İmamverdi Rəhimov Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının “Cinayət hüququ” kafedrasının müəllimi, polis baş leytenantı
Nəşr tarixi : 2024