Məqalədə cinayət prosesində əməliyyat-axtarış fəaliyyətinin nəticələrindən cinayət işlərində sübut kimi istifadə məsələləri müzakirə olunur. Əməliyyat-axtarış fəaliyyətinin resurslarından istifadənin əhəmiyyəti və zəruriliyi barədə alimlərin fikirləri təhlil olunur. Əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin epistemoloji mahiyyətinə görə cinayət-prosessual bilik mövqeyindən əldə edilməsinin yolları araşdırılır. Tədqiqat nəticəsində əldə edilən nəticələr cinayət işinin nəzəriyyəçiləri və praktikantları üçün maraqlı ola bilər. Cinayət prosesində əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin sübut kimi istifadəsinin kriminalistika aspektləri.
Müəllif :
Allahverdi Mahmudov Azərbaycan Respubliкası DİN-in Polis Aкademiyasının “Kriminalistiкa” кafedrasının dosenti
Nəşr tarixi : 2024
Müasir dövrdə innovativ kriminalistik texnologiyalarının inkişaf prosesi ilə bağlı müvafiq texniki vasitələrin və metodların seçilməsi, onların kriminalistik xüsusiyyətlərinin öyrənilməsi, eyni zamanda cinayətlərin açılması və araşdırılmasında tətbiqi zərurəti aktuallıq təşkil edir. Məqalədə cinayətlərin açılması, araşdırılması və qarşısının alınması üçün kriminalistik əhəmiyyətə malik məlumatların əldə edilməsi məqsədilə rəqəmsal texnologiyaların inkişafına uyğun yeni üsul və metodların işlənib hazırlanması və onlardan istifadə imkanları göstərilmişdir. Digər növ cinayətlərdə olduğu kimi, vətəndaşların şəxsi əmlakının talaması ilə bağlı hüquqazidd əməllərin aşkar olunmasında və araşdırılmasında pilotsuz uçuş aparatlarından, 3D modelləşdirmədən, biodetektorlardan, avtomatlaşdırılmış barmaq izi sistemlərindən və s., eləcə də qeyriənənəvi metodlardan istifadə imkanları şərh edilmişdir
Müəllif :
Canpolad Daanov - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru
Nəşr tarixi : 2024
Azərbaycanda söz və informasiya azadlığının bərqərar olmasının, azad informasiya mühitinin və müstəqil kütləvi informasiya vasitələrinin yaradılması siyasətinin banisi ümumilli lider Heydər Əliyevdir. Ümumilli liderin rəhbərliyi altında ölkədə plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Müəllif :
İlham İbrahimov - Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenant
Nəşr tarixi : 2021
Uzun müddət məlumat azadlığı sahəsində beynəlxalq inkişaf ifadə azadlığının kölgəsində qalırdı. 200 ilə yaxındır ki, 1766-cı il tarixli İsveç Məlumat əldə etmə haqqında Qanun demək olar ki, unikal bir sənəd idi. II Dünya Müharibəsindən sonra beynəlxalq azadlıqların inkişafı gücləndirildi və bunlar əsas insan hüquqlarının bir hissəsinə daxil edildi. Məlumat azadlığı ifadə azadlığı ilə yanaşı beynəlxalq konvensiyalara daxil edilmişdir və tədricən demokratik bir cəmiyyətin əsas xüsusiyyətlərindən biri kimi inkişaf etdirilmişdir. Məlumat azadlığı məlumatı axtarmaq və əldə etmək hüquqlarını özündə ehtiva edir və iki elementə malikdir.
Müəllif :
Aysel Hacıyeva - Bakı Dövlət Universiteti Hüquq fakültəsi İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının dissertantı
Nəşr tarixi : 2021
IKT--nin inkişafı nəticəsində meydana gələn kiberpozuntuların səbəb olduğu və ya ola biləcəyi ziyanın aşkar edə bilməməsi, keyfiyyət və kəmiyyət baxımından hesablanmayan məlumatların miqdarı kimi səbəblər informasiya hüquq pozuntularının artmasına səbəb olur. Lakin bunu statistik rəqəmlərdə görmək də çox çətindir. Çünki bir çox pozuntular hələ də kriminallaşdırılmadığı və yaxud aşkar edilməməsi səbəbindən latent qalır və rəsmi statistikada öz əksini tapmır.
Müəllif :
Hüseyn Əlizadə - Baku Dövlət Universitetinin Hüquq Fakültəsinin İnsan hüquqları və informasiya UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2021
İnternet davamlı olaraq bizim gündəlik həyatımıza daxil olmuş, onun ayrılmaz hissəsinə çevrilmişdir. Bu gün təsəvvür etmək çətindir ki, hələ yaxınlara qədər o olmamışdır. Onun istənilən sahədə bizə verdiyi fantastik imkanların olmasına inanmaq çətindir. Lakin internetlə bərabər yeni tip ictimai münasibətlər – internet münasibətləri də yaranmışdır. Şəbəkədə fəaliyyət çoxlu problemlər – etik , iqtisadi, sosial və hüquqi problemlər doğurur. Onların hamısını tədqiq etmək və nizama salmaq lazımdır.
Müəllif :
Elnur Hümbətov - Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, İnsan hüquqları və informasiya hüququ üzrə YUNESCO kafedrası
Nəşr tarixi : 2021
Passiv təcrübə üsulunun ən üstün cəhəti ondan ibarətdir ki, təcrübəyə heç bir xərc çəkilmir, verilənlər “öz- özünə” alınır. Lakin, əksər hallarda bu usula ümudlər özünü doğrultmur. Aktiv təcrübə üsulunda tədqiqatçı təçrübə prosesini idarə etmək üçün aktiv optimal plan qurur. Belə təcrübənin nəticələrini riyazi model qurmaq məqsədi ilə optimal alqoritm üzrə emal edirlər.
Müəllif :
David Nəsibov, Rafael Əhmədov - Azerbaijan Technical University
Nəşr tarixi : 2021
Keçmişdən bu günədək mübahisə edilən informasiyanın anlayışı çətindir, bundan başqa nəyin informasiya olduğu nəyin informasiya olaraq qəbul edilə bilməyəcəyi, inam və reallıq münasibətləri də hələ mübahisəlidir. İnformasiya anlayışı, gizlilik bütünlük və əlçatanlıq prinsiplərinə əsaslanır. İnformasiyadan istifdə dərəcəsinə görə bu prinsiplər də öz aralarında fərqli əhəmiyyət dərəcələrinə bölünürlər. Çox əhəmiyyətli milli araşdırmaların aparıldığı bir təşkilatda öncəlik gizlilik prinsipinə verilmişdir. Orada yaranan informasiyada əlçatanlıq və informasiyanın bütünlüyü daha az əhəmiyyət kəsb etməkdədir
Müəllif :
Aytəkin İbrahimova - Bakı Dövlət Universiteti, “Konstitusiya hüququ” kafedrasının dosenti, h.ü.f.d.
Nəşr tarixi : 2021
Müasir sosial-iqtisadi şəraitdə Respublikamızda keyfiyyətli zabit kadr hazırlığrının səmərəliliyinin yüksəldilməsi və formalaşmasının elmi-nəzəri və praktik problemlərinin düzgün həll edilməsi aktuallıq kəsb edir. İnsanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olan peşə, onun xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş əmək fəaliyyəti ilə səciyyələnir. Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir.
Müəllif :
Telman Şahbazov - Polkovnik Silahlı Qüvvələrin Hərbi Akademiyasının Fakültə rəisi
Nəşr tarixi : 2021