Hüquqi anlayış olaraq zərər istilahının tarixi kökləri çox qədimlərə gedib çıxır. Belə ki, hələ Roma hüququnda əmlak zərərinin ödənilməsi mövzusuna xüsusi diqqət yetirilmiş, baxmayaraq ki, bu hüquq sistemində qeyri-əmlak xarakterli zərərin ödənilməsi ilə də bağlı birmənalı mövqe olmamışdır. Zərərin ödənilməsinin əsası qismində isə hüquq pozuntusu və ya delikt çıxış etmişdir. Belə öhdəliklər hər hansı müqavilənin icra edilməməsi və ya lazımi qaydada icra olunmaması nəticəsində, yaxud da baş verən zərərin öz üzərinə götürülməsi üzrə xüsusi müqavilə münasibətlərindən yaranmışdır.
Müəllif :
Aynurə Məmmədzadə - Bakı Dövlət Universitetinin “Mülki hüquq” kafedrasının doktorantı
Nəşr tarixi : 2021
В статье раскрываются способы совершения преступлений, связанных с домашним насилием на основе изучения и анализа общетеоретических положений и сложившейся практики. Методы классифицируются по таким критериям, как длительность преступления, результат домашнего насилия, способ подготовки и сокрытия преступления.
Müəllif :
Фарида Мовсумова
Nəşr tarixi : 2021
Kriminalistik taktika kriminalistikanın müstəqil bir bölməsi olub, cinayətlərin açılmasında, istintaqında və qarşısının alınmasında iştirak edən şəxslərin davranışlarının qanunauyğunluqlarını sistemli şəkildə əks etdirən ümumi müddəalar sistemidir ki, onların da əsasında tipik və konkret istintaq şəraitlərində ayrı-ayrı istintaq hərəkətlərinin, taktiki əməliyyatların həyata keçirilməsinin ən optimal variantları haqqında xüsusi elmi-təcrübi təkliflər işləyib hazırlayır.
Müəllif :
Kənan Əsgərov - Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının doktorantı
Nəşr tarixi : 2021
CPM-in XVIII fəsli “Cinayət prosesində digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi” adlanır və bu fəslin tərkibinə daxil olan 176-cı maddənin birinci cümləsində qeyd edilir ki, CPM-in 147 və 154-cü maddələrində nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərindən başqa, cinayət prosesini həyata keçirən orqan sübutların əldə edilməsinə mane olan halları müəyyən etdikdə prosessual hərəkətlərin aparılması üçün digər məcburiyyət tədbirləri tətbiq edə bilər.
Müəllif :
Həmid Abbasov - Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Ədalətlilik ən qədim tarixə malik olmuş, öncə ideya kimi, sonradan isə prinsip kimi formalaşaraq mövcud olmuşdur. Ədalətlilik haqqında ideyalar hələ ibtidai icma cəmiyyəti üfüqlərində doğmuş, bəşəriyyətin ilk sosial tənzim vasitəsi olan talion qaydaları ədalətliliyin tənləşdirici tələblərinə söykənmişdir. Ədalətliliyin elmi idrakının sonrakı mərhələsində təkcə tənləşdirici deyil, həm də fərqləndirici ölçüyə malik tələblərlə bağlı olduğu aydınlaşmışdır. Hüquq fəlsəfəsində ədalətə, hər şeydən öncə, cəmiyyətdə mövcud olan sosial xarakterli ölçü vahidi kimi baxılır. Bir ölçü vahidi kimi nəzərdən keçirildikdə ədalət həm kəmiyyət, həm də keyfiyyət müəyyən edən kateqoriya kimi çıxış edə bilər.
Müəllif :
Firuzə Abbasova Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının müdiri, h.ü.e.d., professor
Nəşr tarixi : 2021
Müasir beynəlxalq hüquqda yüksək vəzifəli şəxslərin, dövlət başçılarının və s. vəzifəli şəxslərin barəsində xarici məhkəmələrin yurisdiksiyasına qarşı konkret immunitetləri təsbit edilir. Beynəlxalq hüququn bu norması, beynəlxalq hüquq sisteminin mövcudluğu və dövlətin bu sistemin əsas subyekti kimi tanınması ilə praktiki olaraq eyni zamanda formalaşmışdır. XX əsrə qədər dövlətin suverenliyi mütləq və tamamilə sarsılmaz hesab edilirdi, müvafiq olaraq, dövlətin yüksək vəzifəli şəxslərinin immunitetləri də mütləq hesab edilirdi.
Müəllif :
Mehriban Eyyubova - h.ü.f.d., Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının dosenti.
Nəşr tarixi : 2021
Anyone who hears the term ‘legal language’ thinks instantly of grammatically complex, infrequently punctuated, over-lexicalized, whole written text. Because the turning period for the textualizing of the law was during the period when the king and the aristocracy standardly spoke French, legal language still displays vital French influences. French was the language of the courts, though from very early on there were reductions to the fact that the language of the majority of the population was English.
Müəllif :
Valida Samadova (Karimova) BETM, “Pedaqogika” jurnalının məsul katibi, German dilləri üzrə doktorant
Nəşr tarixi : 2021