Dövlət qulluğu müxtəlif elm sahələrinin tədqiqat predmetinə daxildir. Dövlət qulluğunu şərtləndirən əsas amillər sistemində hüquq mühüm yer tutur. Başqa sözlə hüquq dövlət qulluğunun əsasını təşkil edir. Dövlət qulluğu hüquqi kateqoriya olaraq hüququn müxtəlif sahələrini özündə birləşdirir. Buna görə də, elmi və normativ mənbələrdə dövlət qulluğu kompleks hüquq institutu kimi xarakterizə olunur
Müəllif :
Oruc Məmmədov - hüquq üzrə fəlsəfə doktoru, dosent
Nəşr tarixi : 2021
Azərbaycan 2020-ci ildə Heydər Əliyevin siyasi kursunun davamçısı, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qəhrəman Azərbaycan xalqının milisilsiz şücaəti sayəsində 44 günlük Vətən müharibəsində özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatları keçirməklə Zəfər qazanmış, ərazilərimizi işğaldan azad etmişdir.
Müəllif :
Səyyad Məcidov - Ədliyyə Akademiyasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Dövrün yetişdirdiyi qüdrətli tarixi şəxsiyyət olan Heydər Əliyevin parlaq siyasi zəkası, analitik, geniş miqyaslı düşüncə tərzi, müdrikliyi, uzaqgörənliyi, xarizması, ensiklopedik biliyi, liderlik xüsusiyyətləri sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur.
Müəllif :
İradə Hüseynova - BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəlli
Nəşr tarixi : 2023
Cinayətin qarşısının alınması dövlətin, cəmiyyətin, fiziki və hüquqi şəxslərin bütövlükdə cinayətə və onun müəyyən növlərinə, xüsusən də yeni şəxslərin cinayətə cəlb olunmasının qarşısını alınmasına məqsədyönlü təsiri olub, cinayət əməllərinin törədilməsinin, ictimai münasibətlərin kriminallaşdırılmasının genişləndirilməsinin vaxtında xəbərdarlıq edilməsinə imkan verir. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən, cinayətlərin törədilməsinə kömək edən hallar, onların səbəb və şəraitlərinin aşkar edilməsi, həmçinin də onların aradan qaldırılması üzrə tədbirlər görməlidir.
Müəllif :
Orxan Yaqublu
Nəşr tarixi : 2023
Cinayətkarlığın strukturunda mülkiyyət əleyhinə edilən cinayətlərin xüsusi çəkisi həmişə yüksək olmuşdur və indi də belədir. Həmin cinayətlər sırasında ən geniş yayılanı isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgə əmlakını talama əməlləridir. Qeyd olunan cinayətlərin ayrı-ayrılıqda ictimai təhlükəliliyi çox böyük görünməsə də, geniş yayılmasını nəzərə alsaq, onların məcmu halda cəmiyyətə çox böyük maddi və mənəvi ziyan vurduğunu görərik.
Müəllif :
İlkin Ələkbərov - Azərbaycan Respublikası DİN-nin Polis Akademiyası “DİO-da inzibati fəaliyyət” kafedrasının müəllimi, polis leytenantı
Nəşr tarixi : 2023
Hər bir ölkənin əhalisinin təhlükəsiz və əmin-amanlıq şəraitində yaşaması, hüquqi dövlətin ən vacib şərti kimi birgə yaşayış norma və qaydalarının, milli əxlaqi dəyərlərin və sosial siyasi mühitin mövcudluğunu özündə əks etdirir. Azərbaycan Respublikası da hüquqi, demokratik dövlət olduğundan dövlətçilik ənənələri də insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prinsiplərinə istinad edir.
Müəllif :
Toğrul Həsənov - Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının I kurs magistrantı, polis baş leytenantı
Nəşr tarixi : 2023
Səmərəli ədalət mühakiməsi insan və vətəndaşın pozulmuş hüquqlarının və maraqlarının real müdafiəsinin və bərpa edilməsinin, ədalətliliyin təmin edilməsidir. Başlıca tələblərdən biri də əhalinin məhkəmə sisteminə etimadının yüksəldilməsidir. Prosessual qanunvericilikdə apellyasiya və kassasiya instansiyalarında işlərə yenidən baxılması vahid yanaşmanın təmin edilməsi vasitəsidir. Belə yanaşmalardan biri də Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nisbətən yeni institut olan məhkəmə təcrübəsinin vahidliyidir.
Müəllif :
Mətanət Əsgərova - Ədliyyə Akademiyasının baş müəllimi, ədliyyə müşaviri, Azərbaycan Dillər Universitetinin professoru, h.f.d
Nəşr tarixi : 2023
Mövzunun aktuallığı və işlənmə dərəcəsi. Müasir Azərbaycanda dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və dövlət idarəetməsində yeni metodların tətbiqi mühüm əhəmiyyət kəsb edən aktual məsələlərdən birdir. Bu sahədə dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi” statusu qazanmışdır. Bu siyasət hazırda Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam və inkişaf etdirilərək həyata keçirilir, qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir, məqsədyönlü və səmərəli institusional mexanizmlər tətbiq edilir.
Müəllif :
h.ü.f.d. Oruc Məmmədov
Nəşr tarixi : 2023