Müasir beynəlxalq hüququn inkişafı dövlətlərin və müxtəlif səviyyədən olan digər təsisatların bu sahədə icra və nəzarət mexanizmlərinin səmərəliliyinin yüksəldilməsi üzrə konstruktiv əməkdaşlıq tendensiyaları ilə səciyyələnir. Beynəlxalq hüquq eksperti Gerhard Hafner 2000-ci ildə BMT-nin Beynəlxalq Hüquq Komissiyasına təqdim etdiyi hesabatda qeyd etmişdi ki, “... beynəlxalq hüquq dəyişmə prosesindən keçməkdədir. Hazırda əsas diqqət ümumi xarakterli maddi hüququn işlənməsinə deyil, hüquqa riayət edilməsi (mübahisələrin aradan qaldırılması və ya həll mexanizmləri) üçün daha xüsusi rejimlər yaratmaq üzərində cəmlənmişdir”
Müəllif :
S.S.Novruzova - Xəzər Universiteti
Nəşr tarixi : 2023
Azərbaycan Respublkasının (AR) “Mədəniyyət haqqında” 2012-ci il Qanununa (bundan sonra – Mədəniyyət haqqında Qanun)[15] əsasən, mədəniyyət sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq AR-in mədəniyyət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir (m.50.2.1). BMT sisteminə daxil olması baxımından, mədəni irs obyektlərinin (bundan sonra - MİO) qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə
beynəlxalq əməkdaşlıqda UNESCO ilə əməkdaşlığın və ya UNESCO çərçivəsində əməkdaşlığın hüquqi təhlili xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, UNESCO elm, təhsil və mədəniyyət sahəsində BMT-nin ixtisaslaşmış müəssisəsidir. Bu səbəbdən, mədəni irsin qorunması, o cümlədən MİO-nin qanunsuz dövriyyəsi ilə mübarizə ilk olaraq onun fəaliyyət sferasına daxildir. İkincisi, 1946-cı ildən fəaliyyətə başlayan UNESCO hazırda
195 dövləti və 10 assosiativ üzvü birləşdirməklə [19] universal əməkdaşlıq mexanizmi qismində çıxış edir. Yeri gəlmişkən, AR 1992-ci ildən UNESCO-nun üzvüdür. Hazırda AR UNESCO ilə sıx əməkdaşlıq edir. UNESCO Baş Konfransının 2021-ci ilin noyabrında keçirilən 41-ci sessiyasında AR 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyə Şurasının üzvü seçilib
Müəllif :
S.A.Süleymanlı - ABC Telecom
Nəşr tarixi : 2022
Mülkiyyət hüququnun müdafiəsi məsələsi uzun müddət hüquqşünas alimlərin araşdırma predmeti olmuş və bu gün də tam həllini tapmamış məsələ olaraq qalmaqdadır. Mülkiyyət hüququnun müdafiəsi dedikdə, səlahiyyətli şəxsin qanunvericilik aktlarında nəzərdə tutulan üsullarla pozulmuş və yaxud mübahisələndirilən subyektiv hüququnun bərpasına yönələn hüquqi cəhətdən təmin edilmiş imkan başa düşülür. Müdafiə hüququ mülkiyyətçinin şəxsi hərəkətləri ilə yanaşı, səlahiyyətli dövlət orqanlarının müvafiq hərəkətlərini də əhatə edir. R.Ə.Bayramov haqlı olaraq qeyd edir ki, "müdafiə obyektləri kimi yalnız subyektiv hüquqlar deyil, qanuni maraqlar da çıxış edir. Qanuni maraqlar subyektiv hüquqlarla şərtlənmir və belə desək, müstəqil olaraq mövcuddur. Məsələn, mülkiyyət toxunulmazlığı".
Müəllif :
Q.İ.Fərəcova AMEA Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2021
Как мудро отмечал в своем уникальном памятнике экономической мысли выдающийся ученый своего времени Адам Смит:«помимо наличия свободной рыночной экономики, существенное значение для показателей экономической деятельности страны имеет географическое положение, выход к морю и, соответственно, к торговым путям»(1). С течением времени, интеллектуальным развитием человечества и других фак торов, железнодорожный, наземный, морской, воздушный и трубопроводный виды транспорта, а также телекоммуникационные и современные информационные технологии сократили преимущества прибрежных стран по сравнению со странами, не имеющими выхода к морю. Однако морские перевозки по прежнему играют центральную роль в мировой торговле, и географическое положение также имеет большое политико-экономическое значение.
Müəllif :
О.Ф. Эфендиев - профессор, доктор юридических наук
Ульвия Касумова - докторант Азгосэконом университета
Nəşr tarixi : 2019
Dünya təcrübəsi göstərir ki, hazırkı inkişaf mərhələsində inkişaf etmiş parlamentarizmi dövri surətdə keçirilən parlament seçkiləri olmadan təsəvvür etmək qeyrimümkündür. Çünki müasir demokratik hüquqi dövlətlərdə seçkilər xalq təmsilçiliyi institutunun ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu baxımdan xalqın maraqlarının qanunvericilik orqanında və dolayısı ilə qəbul edilmiş qanunvericilik normalarında tam dolğunluğu ilə təmsil və ifadə olunması böyük ölçüdə keçirilmiş parlament seçkilərinin keyfiyyəti, demokratikliyi ilə şərtlənir.
Müəllif :
E.E.Həsənov - AMEA Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2020
Dövlət vergilərindən biri olan hüquqi şəxslərin mənfəət vergisi ilə bağlı SSRİ tarixinə ekskurs etdikdə görürük ki, tərkibində Azərbaycan Respublikasının da olduğu Sovetlər Birliyində XX əsrin 20-ci illərinin əvvəllərində - Yeni İqtisadi Siyasət dövründə müəssisələr mənfəət vergisi ödəyirdilər. XX əsrin 20-ci illərinin sonlarında Yeni İqtisadi Siyasətin ləğvi ilə mənfəət vergisi müəssisələrin bütün mənfəətinin inzibati metodlarla dövlət büdcəsinə ödənilməsi ilə əvəz olundu. Başqa sözlə, iqitisadi münasibətlərin mühümhəlqəsini təşkil edən müəssisələrin əldə etdiyi mənfəət dövlət mülkiyyəti sayılırdı
Müəllif :
R.A.Qasımzadə - Azərbaycan Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2020
Müasir cinayət hüququnda ekoloji cinayət anlayışının məzmunu təhlil edilərkən, onun hüquqi təbiəti və səciyyəvi cəhətləri müəyyən edilərkən qadağan olunan davranışın ictimai təhlükəsi ilə yanaşı, bu əməllərin ekolojiliyi də nəzərə alınır. Ekoloji cinayətlərə dair müxtəlif məsələləri tədqiq edən müəlliflər arasında geniş yayılmış fikrə görə, cinayətin ekoloji xarakter daşıması bir sıra əlamətlər əsasında və ekoloji əhəmiyyətli davranış anlayışı nəzərə alınmaqla müəyyən edilə bilər. Bu və ya digər hüquq pozuntusunun ekoloji xarakter daşıması və ya onların ekoloji cinayətlərə aid edilməsi cəmiyyət ilə təbiət arasında qarşılıqlı əlaqələrin sosial və təbii qanunauyğunluğuna əsaslanmalıdır. Ekolojilik həm də dövlətin inkişafının səviyyəsini, insan fəaliyyətinin müxtəlif növlərini, elm və texnologiyaların vəziyyətini və digər amilləri əks etdirməlidir.
Müəllif :
Ş. Ə. Hüseynova - Azərbaycan Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2020
После восстановления своей независимости, одним из стратегических направлений экономического развития Азербайджанской Республики является ее интеграция в мировое экономическое пространство. Присоединение Азербайджанак Всемирной Торговой Организации (ВТО) может придать важный импульс процессу интеграции нашей страны в систему международных экономических отношений. ВТО действует с 1 января 1995 г. на базе Генерального Соглашения по Тарифам и Торговле (ГАТТ) 1947 г., и объединяет на сегодняшний день 164 члена, втом числе: 157 государств- членов ООН, Тайвань, 2 зависимые территории (Гонконг и Макао) и ЕС [1]. ГАТТ (ВТО) создана, как подчеркивает профессор Боннского университета Р. Дольцер, с целью «либерализации пока не полностью свободной мировой торговли и обеспечения равных возможностей для торговых партнеров». [2, c.671]. По подсчетам, реализация соглашений ВТО увеличивает мировой доход примерно на 235 млрд. долл. ежегодно
Müəllif :
Ф.И.Мадатли - Азербайджанский Университет Туризма и Менеджмента
Nəşr tarixi : 2020
Evtanaziya yunan dilindən tərcümədə “asan ölüm” mənasını verir. Müasir dövrdə bu ifadə termin kimi ağır xəstəlikdən əziyyət çəkən şəxslərin həyatını sonlandırmaqla onları əziyyətdən xilas etmək mənasında başa düşülür. Ümumiyyətlə, evtanaziya və onun nə dərəcədə yolverilən olub-olmaması barəsində bütünlükdə 20-ci əsrdə, həmçinin 21-ci əsrin əvvəllərində mütəxəssislər tərəfindən geniş müzakirələr aparılmışdır. Evtanaziya yalnız hüquqi cəhətdən deyil, habelə əxlaqi (dini) normalar və tibb elminin əsasları nöqteyi-nəzərindən də qiymətləndirilmişdir. Qeyd etmək lazımdır ki, evtanaziya barəsində fikirlər mübahisəli olması ilə seçilmiş, bu mövzuda iki qrup – evtanaziya tərəfdarları və evtanaziya əleyhdarları meydana çıxmışdır.
Müəllif :
Vugar Rustamli The Academy of Public Administration, 4th year Law Faculty student
Nəşr tarixi : 2019