Bəşəriyyətin qolobal inkişafının müasir mərhələsi dövlətin milli təhlükəsizliyinin bütün sahələrinin vəziyyətinə əhəmiyyətli təsir göstərən informasiya – kommunikasiya texnologiyalarının gücləndirici amili ilə fərqlənir. Beynəlxalq və milli təhlükəsizliyin bütün istiamətləri üçün informasiya meyarı xüsusi vacib rol oynayır [14, s. 33]. Son iyirmi il ərzində dinamik ümumsünya tendensiyası qeyd olunur ki, o da, informasiya fəaliyyətinin hüquqi baxımdan tərtib olunmasından beynəlxalq və milli aspektdə informasiya təhlükəsizliyinin imperativi kimi çıxış edən insannın və vətəndaşın hüquq və azadlıqlarının konstitusiya – hüquqi əsaslarının dərin refleksiyasına kimi aparılan hüquqi tədqiqatların vektorunun dəyişikliklərini xarakterizə edir.
Müəllif :
Afət Fərzullayeva - Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2018
XV-XVI əsrlər Azərbaycan dövlətçilik tarixinin intibah dövrüdür. Bu dövrü Azərbaycan tarixində dövlətçilik ənənələrinin bərpası, inkişafı və möhkəmlənməsi dövrü kimi xarakterizə etmək olar. Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar və Səfəvi dövlətlərinin yaranması və fəaliyyəti nəticəsində ölkəmizin Beynəlxalq münasibətlər sistemində siyasi, iqtisadi mövqeyi və rolu güclənmiş, onun Avropa və Şərq ölkələri ilə qarşılıqlı münasibətləri daha da genişlənmişdir.
Müəllif :
Qəhrəman Behbudov, Tural Hüseynov - NDU
Nəşr tarixi : 2018
Liberal düşüncə tərzinə əsaslanan müasir sivil cəmiyyətlərdə insanın hüquq və azadliqlarının müdafiə olunması və inkişaf etdirilməsi, başlıca məqsəd rolunu oynayır. Bununla əlaqədar olaraq hüquqi normalarin məzmununda əxlaqın yeri və rolunun açıqlanması, onun xüsusi çəkisinin çoxalmasinın azadliğın inkişafi baxımından mənalandırılmasının zəruriliyi daha aydın görünür.
Müəllif :
Qərib Allahverdiyev - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2019
Məqalədə müasir dövrdə yüklərin beynəlxalq, yəni dövlət sərhədlərini aşmaqla daşınması ilə bağlı meydana çıxan problemlərin hüquqi tənzimlənməsi məsələləri tədqiq edilmişdir. Yüklərin beynəlxalq yollarla daşınması daim aktual problemlər sırasında olmuşdur. Burada yüklərin göndərilməsi, daşınması, çatdırılması prosesində meydana çıxan münasibətlərin hüquq normaları çərçivəsində nizamlanmasından söhbət gedir. Bu tip münasibətlər həm beynəlxalq müqavilə hüququ, həm çinin beynəlxalq adət normaları ilə nizama salınır. Lakin dövlətlər arasında ticarət münasibətlərinin intensiv şəkildə inkişafı, yeni, qlobal nəqliyyat layihələrinin meydana çıxması əsasən beynəlxalq müqavilə normalarına üstünlük verilməsini obyektiv bir zərurətə çevirmişdir
Müəllif :
Aslanov Vüsal - Bakı Dövlət Universiteti “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dissertantı.
Nəşr tarixi : 2019
Məqalədə müasir Avropa və Azərbaycan inzibati-hüquqi elmində "yaxşı idarəetmə" hüququnun təyininə əsas yanaşmalar tədqiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyində xarici ideyaların reallaşdırılmasının istiqamətlərini aşkara çıxarılır. İdarəetmə fəaliyyətinin təkmilləşdirilməsi – bu dövlətin daimi vəzifəsidir. Hazırda qəbul edilən qərarlar dövlət və bələdiyyə idarəçiliyinin sisteminin gələcək inkişafının düzgün seçilmiş istiqamətlərinin üzə çıxarılmasına imkan verir. "Yaxşı idarəetmə" konsepsiyasının tədricən həyata keçirilməsi müəyyən aşkarlıqla Respublikamızının iqtisadi, siyasi və hüquqi inkişafının prioritet istiqamətinə çevrilmiş və bu sferada qəbul edilən qanunvericilik aktları vətəndaşların hüquqlarının müdafiəsinə xidmət etməklə, onların dövlət idarəçiliyində daha yaxından iştirakına zəmanət verir.
Müəllif :
Əliyeva Ləman - Bakı Dövlət Universiteti “İnsan hüquq ları və informasiya hüququ” YUNESKO kafedrasının doktorantı
Nəşr tarixi : 2019
Müasir dövrdə avtomobil nəqliyyatı ölkənin iqtisadi infrastrukturunda xüsusi yer tutur. İnsanların, cəmiyyətin və dövlətin nəqliyyat tələbatının ödənilməsi, gün dəlik yük və sərnişin daşımalarının həyata keçirilməsi məhz avtomobil nəqliyyatının müntəzəm fəaliyyət göstərməsindən əhəmiyyətli dərəcədə asılıdır. Avtomobil nəqliyyatı müəyyən funksiyalar yerinə yetirir ki [1, s.481], bu da onun ahəngdar işinin və iştirak etdiyi yol hərəkəti prosesində təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsini şərtləndirir. Ümumiyyətlə, yol hərəkəti təhlükəsizliyi ümummilli təhlükəsizlik sisteminə aid olan vacib məsələdir və onun təmin olunması dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Yol hərəkəti təhlükəsizliyinin aktuallığı küçə yol şəbəkəsində mövcud olan hərəkət şəraiti və avtomobillərin artım tempi ilə funksianal formada qarşılıqılı əlaqəlidir.
Müəllif :
R.M.Zeynalov - polis general-mayoru
E.Ə.Əliyev - hüquq üzrə fəlsəfə doktoru, DİN Baş Dövlət Yol Polisi İdarəsi.
Nəşr tarixi : 2019
В статье раскрывается правовая природа одного из важнейших институтов международного процессуального права - предписание временных охранительных мер. На примере решений различных международных судебных учреждений по морскому праву автор проводит сравнительный анализ сложившейся практики по этому вопросу и по вопросу урегулирования споров в отношении обязательств по статьям 74(3) и 83(3) и рассматривает их взаимное влияние.
Müəllif :
Раджабов Илькин
Nəşr tarixi : 2019
Məqalədə “aerokosmos hüququ”nun nəzəri və tarixi əsaslarının müasir tendensiyalarla uyğun olub-olmaması təhlil olunmuş, hava və kosmos hüququ arasında ziddiyyətli məsələlər (delimitasiya, aerokosmik obyektlər və s.) şərh edilmiş, hava və kosmos hüququnun vahid hüquq sahəsində (aerokosmos hüququ) birləşdirilməsi ilə bağlı müxtəlif elmi və praktiki yanaşmalar müzakirə olunmuşdur. Nəticədə beynəlxalq hava və kosmos hüququnun hüquq sahələri kimi müstəqilliyi problemi tam şəkildə aydınlaşdırılmış, tədris nöqteyi-nəzərindən “aerokosmos hüququ” konsepsiyasına üstünlük verilmiş, hava və kosmos hüququ sahələrinin birləşdirilməsi isə uğurlu və səmərəli hesab edilməmişdir.
Müəllif :
Zafiq Xəlilov - Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru.
Nəşr tarixi : 2019
Статья посвящена проблеме дальнейшего совершенствования системы ООН, с целью улучшения работы ООН и организаций входящих в ее систему, а также создания прочной нормативной базы регулирования вопросов прав человека на межгосударственном уровне. В работе отмечается, что основная идея такого подхода состоит в том, что повышение результативности работы данной организации может быть достигнуто “на конструктивной основе, без создания дополнительных органов.
Müəllif :
Жаля МАМЕДОВА - доктор философии по праву, преподаватель кафедры “Международное публичное право” БГУ.
Nəşr tarixi : 2019