Hüquq münasibətləri ictimai münasibətlərin xüsusi növüdür. Bəs hüquq münasibətlərinin xarakterik əlamətləri hansılardır? Hüquq elmi və doktrinası onların bir sıra xarakterik əlamətlərini müəyyənləşdirir.
Müəllif :
Azər Nağıyev Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2014
Bundan əvvəlki yazımızda cinayət mühakimə icraatı zamanı məhkəmə baxışının hədlərini tənzimləyən AR CPM‐nin 318‐ci maddəsinin praktikada tətbiqi zamanı ortaya çıxan bir sıra aktual məsələlərə dair şəxsi mülahizələrimizi bildirmişdik. Hazırkı yazımızda isə cinayət işlərinə baxılması zamanı tez¬tez qarşılaşdığımız və eyni dərəcədə də aktual olan bir məsələyə ‐ cinayətlərin residivi və residivə görə cəza təyin edilməsi ilə bağlı məsələlərə münasibət bildirmək istərdik.
Müəllif :
İkram Şirinov Vəkillərin İxtisas Komissiyasının üzvü, hakim
Nəşr tarixi : 2014
Demokratik və hüquqi dövlət olan Azərbaycanda ədalət mühakiməsi həyata keçirilərkən Konstitusiyanın, CM‐nin, CPM‐in, Azərbaycan Respublikasının digər qanunlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəa və tələblərinə ciddi əməl edilməsi məhkəmə və cinayət prosesi iştirakçılarının əsas vəzifələrindən biri olmaqla ədalət mühakiməsi bu hüquqi baza ilə şərtləndirilən prosessual hüquq normalarına uyğyn həyata keçirilməli və məhkəmələr tərəfindən cinayət‐prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara dəqiq riayət olunmalıdır.
Müəllif :
Əhməd Fərhadov Vəkillərin Kollegiyasının üzvü
Nəşr tarixi : 2014
Vərəsəlik hüququ həm Almaniya Konstitusiyası (Grundgesetz, 14‐cü maddə) həm də Azərbaycan Respublikası Kostitusiyası (maddə 29, bənd 5) ilə təminatına zəmanət verilən hüquqlardan biridir. Bu hüquq, Alman Mülki Məcəlləsinin (bundan sonra AMM) ən sonuncu, yəni beşinci kitabında, Azərbaycan Respublikasının (bundan sonra AR) Mülki Məcəlləsinin (MM) isə onuncu bölməsində öz əksini tapmışdır
Müəllif :
Elvin Cəbrayılov Almaniyanın Vürtsburq Universitetinin hüquq üzrə magistrı
Nəşr tarixi : 2014
Son zamanlar ölkəmizdə gedən hüquq və məhkəmə islahatlarından ən mütərəqqisi demək olar ki, inzibati hüquq mühakimə sisteminin yaradılmasıdır. Əlbəttə ki, müqayisəli şəkildə qanunvericiliyimizə və inzibati ədliyyə sistemimizə nəzər salmamışdan öndə inzibati hüququn və ədliyyənin yaranma tarixinə və zərurətinə nəzər salmaqda fayda vardır.
Müəllif :
Aqil Layıcov Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2014
Çağdaş dövlətlər, o cümlədən Azərbaycan Respublikası qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq hüquq normalarının realizəsi üçün şəraitin yaradılmasıdır. Müstəqillik əldə etmiş Azərbaycan öz dövlətdaxili hüquq normalarını beynəlxalq hüquq normalarına hörmət prinsipi üzərində qurmuşdur. Hələ «Dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tanınması bəyan edilmişdir. Bu mövqe sonradan ölkə Konstitusiyasında da inkişaf etdirilmişdir. Bununla da, dövlət tərəfindən öz üzərinə götürülmüş beynəlxalq öhdəliklərin implementasiyası üçün effektiv konstitusion əsas yaradılmışdır. Əsas Qanunumuz Respublikamızda pacta sunt servanda (müqavilələr icra olunmalıdır) prinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesinin mühümlüyünü müəyyən etmişdir ki, bu Azərbaycan Respublikasının demokratik ənənələrə sadiqliyinin bariz ifadəsidir.
Müəllif :
Oktay Məhərrəmov, Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2014
Bəşəriyyətin müxtəlif mürəkkəb tipli robotların, androidlərin və süni intellektin (Sİ) geniş yayılan təzahürləri erasında dayandığını və sənaye və texnologiya aləmində insanın təsir etmədiyi sahə qalmadığını nəzərə alsaq, qanunvericiliyin bu sahələrin təsiri altında təkmilləşdirilməsinə ehtiyac duyulduğu açıq‐aydın görsənər.
Müəllif :
Toğrul Quluzadə - Hüquqşünas
Nəşr tarixi : 2017
Şəxsin mənsub olduğu peşə fəaliyyətindən asılı olaraq onun müəyyən hüquq və vəzifələrə (ümumi, eyni zamanda xüsusi) malik olması, bu, hüquq və vəzifələri müəyyən edən (tənzimləyən) müvafiq sahəvi normativ hüquqi aktlarda (Müəllif qeydi: Bu normativ hüquqi akt, eyni zamanda hüquqi akt olmaya da bilər (məsələn, Vəkillər Kollegiyasının 08 dekabr 2012‐ci il tarixli Konfransı tərəfindən təsdiq olunmuş “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamə və s.) nəzərdə tutulan maddi və prosessual normaların xəbərdaredici, həmçinin məcburi qüvvəyə malik göstərişləri onun davranış qaydasını formalaşdırır, eyni zamanda onun bu sahədə fəaliyyətinə öz çərçivəsində nəzarəti həyata keçirir.
Müəllif :
Paşa Səfərov - Vəkil
Nəşr tarixi : 2017
Ölkədə konstitusionalizmin nəzəriyyə və praktikasının müasir inkişaf mərhələsi sosial‐hüquqi dövlətçilik ideyasının tanınması və həyata keçirilməsi ilə səciyyələnir ki, bu da funksional olaraq bütün ictimai‐siyasi institutların demokratik inkişafına yönəlmişdir. Konstitusion quruculuğun strategiya və taktikasının başlıca məqsədi “əsas qanun”-da təsbit olunmuş siyasi, hüquqi, iqtisadi və sosial məqsəd və dəyərlərin əldə olunması istiqamətində konstitusion‐hüquq münasibətləri subyektlərinin bütün hərəkətlərinin sistemləşdirilməsi və koordinasiyasından ibarətdir.
Müəllif :
Anar Bağırov - VKRH‐nin üzvü
Nəşr tarixi : 2017