Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6‑cı maddəsinə əsasən, “178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər”.
Müəllif :
Samir Hüseynzadə - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2019
Məqalədə GDPR barədə, onun tətbiq dairəsi, iştirakçıları, prinsipləri, məqsəd və vəzifələri, həmçinin “Fərdi Məlumatların Qorunmasına dair Ümumi Qaydalar”ın pozulması zamanı görüləcək məsuliyyət tədbirləri barədə ümumi məlumat verilir.
Müəllif :
Zaur Allahverdizadə - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2019
Dövlət və hüquq tarixinə həsr olunmuş tarixi sənədlərin və elmi işlərin təhlili göstərir ki, hüquqi yardım vəkillik fəaliyyəti ilə demək olar ki, paralel şəkildə inkişaf etmişdir. Lakin hüquqi yardımın yalnız vəkillər tərəfindən göstərilməməsi aydın məsələdir. Buna görə də, hər iki institutun inkişafında müəyyən məqamlarda prinsipial olmasa da, nəzərə çarpacaq fərqlər mövcuddur.
Müəllif :
Hüseyn Əsgərov - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2019
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20 maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017ci il tarixli Qərarında icra mexanizmlərinə münasibət bildirərək qeyd etmişdir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir.
Müəllif :
Vüqar Quliyev - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2019
Hər bir dövlətin iqtisadiyyatı daxili siyasət ilə məhdudlaşmayan, xarici iqtisadi əlaqələrin inkişafından, eləcə də dünya iqtisadiyatından bilavasitə asılı olan mürəkkəb mexanizmdir. Dünya iqtisadiyyatında baş verən proseslərin, o cümlədən əmtəə‑pul bazarlarındakı vəziyyətin daimi izlənilməsi və nəzarət dairəsində saxlanılması iqtisadi inkişafı şərtləndirən meyarlar sırasında olaraq dövlətin iqtisadi və maliyyə qurumlarının mühüm vəzifələrindəndir.
Müəllif :
Günay Cəfərli - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2019
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə 25‑30 noyabr 2018‑ci il tarixlərdə Vəkillərin İntizam Komissyasının bir sıra üzvləri Rəyasət Heyətinin sədri Anar Bağırovun rəhbərliyi ilə Almaniya Federativ Respublikasında işgüzar səfərdə olmuşlar. Səfərin məqsədi Almaniyada vəkillərin inztizam məsuliyyətinə cəlb edilməsi qaydaları, əsasları və bununla əlaqədar digər təcrübəni öyrənmək olmuşdur.
Müəllif :
Şahmar Məmmədov - Vəkillərin İntizam Komissiyasının sədri, Hüquqi yardım və tədris mərkəzinin rəhbəri
Nəşr tarixi : 2019
Azərbaycan vəkilliyinin inkişafı bir neçə tarixi mərhələdən keçib. 10 fevral 1828 ci ildə Rusiya Imperiyası ilə Qacar (Məmləkəti Məhrusi Qacar) İmperiyası arasında bağlanan Türkmənçay müqaviləsi Azərbaycan adlı məmləkətin şimal və cənub hissələrə bölünməsinin təsdiqi və sonu oldu. Bu müqavilədən sonra Araz çayı sərhəd olmaqla Azərbaycanın şimal ərazisi Rusiya İmperiyasının, cənubu isə həmin dövrdə Qacar İmperiyası, 20 ci əsrin əvvəllərindən isə İran adlanan dövlətin idarəçiliyinə keçdi.
Müəllif :
Akif Əlizadə - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2019
Hazırki məqalədə Azərbaycan Respublikasının Mülki‐Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 50‐ci maddəsinin bir neçə (konkret olaraq, 50.1 və 50.4‐cü) bəndini təhlil edir və onların təcrübədə tətbiqi zamanı yaranan bəzi məsələləri araşdırırıq.
Müəllif :
Nazlı Əhmədova, Azərabycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2013
Respublikamızda insan hüquqlarının peşəkar müdafiəsi işinin təşkili baxımından 2019 cu il Azərbaycan vəkilliyi üçün xüsusilə əlamətdardır. Əminliklə demək olar ki, bu il Azərbaycan vəkilliyinin 100 illiyi, müstəqil vəkillik institutunun yaradılmasının 20 illiyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təsis olunmasının 15 illiyi kimi tarixə düşəcəkdir.
Müəllif :
Anar Bağırov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri
Nəşr tarixi : 2019