Təhsil hüququnun bütün digər hüquqlar içərisində xüsusi önəmi vardır. Təhsil hüququ həm özlüyündə ayrıca bir hüquqdur, həm də digər hüquqların öyrənilib dərk edilməsi, yararlanılması və qorunmasında vasitə rolunu oynayır. Bu mənada, təhsil hüququ fərdlərin yaşamaq hüququndan fikir və söz azadlığına, sağlamlıq hüququndan seçki hüququnadək bütün hüquqların istifadəsinin ilkin şərtidir. Yaşamaq hüququnun mövcudluğu və qorunması təhsildən asılıdır. Həmçinin, uşağın fiziki, zehni, sosial və mənəvi inkişafı üçün təhsilə ehtiyacı vardır.
Müəllif :
Nərmin Əmirova - Hüquqşünas
Nəşr tarixi : 2017
Hüququn mənbəyi dedikdə, hüquq normalarının təsbiti və ifadə üsulları və ya hüquq normalarının təsbit olunduğu rəsmi dövlət sənədləri başa düşülür. Hüquq sistemlərinə mənsubluqdan asılı olaraq dünya dövlətlərinin qanunvericiliyində hüququn mənbəyinin tərkibi fərqli qaydada müəyyən edilmişdir. Belə ki, Anqlo‐Sakson hüquq sisteminə daxil olan ölkələrin (məs: İngiltərə, ABŞ və s.) qanunvericiliyində normativ hüquqi aktlarla yanaşı məhkəmə presedenti də hüququn mənbəyi kimi qəbul edildiyi halda, Roman‐German hüquq sisteminə daxil olan ölkələrin, o cümlədən Respublikamızın qanunvericiliyində məhkəmə presedenti hüququn mənbəyi kimi qəbul edilmir.
Müəllif :
Pənah Məmmədov - Vəkil
Nəşr tarixi : 2017
Amnistiya sözü yunancadan tərcümədə “unutmaq”, “bağışlamaq” mənasını verir. Amnistiya cinayət hadisəsi törətmiş şəxslər barəsində dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbirdir. Verilməsi dövlətin müstəsna səlahiyyətinə aid olan amnistiya aktı bir qayda olaraq ölkədə iqtisadi, sosial sahədə əldə olunan görkəmli nailiyyətlər, beynəlxalq aləmdə tarixi əhəmiyyət kəsb edən əlamətdar hadisələrlə bağlı dövlətin ali nümayəndəli orqanı və ya dövlət başçısı tərəfindən qəbul olunur. Görkəmli dövlət və ictimai xadimlərin yubileyləri şərəfinə amnistiya aktlarının verilməsi hallarına da təsadüf edilir.
Müəllif :
Müzəffər Ağazadə - Əməkdar hüquqşünas
Nəşr tarixi : 2017
2000‐ci ildə qəbul edilməsinə baxmayaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yenisi ilə əvəz edilməsi gözlənilən idi. Qanunverici orqanın az qala bütün plenar iclaslarında bu Məcəlləyə əlavə və dəyişikliklər etməsi faktı buna əsas verirdi. Qüvvədə olduğu nisbətən qısa müddətdə ‐ cəmi 15 il ərzində Məcəlləyə üç yüzdən artıq əlavə və dəyişikliklər edilmişdi.
Müəllif :
Müzəffər Ağazadə - Əməkdar hüquqşünas
Nəşr tarixi : 2017
İlk öncə qeyd edilməlidir ki, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir (Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 362‐ci maddəsi). Kassasiya şikayəti isə yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Müəllif :
Pənah Məmmədov - Vəkil
Nəşr tarixi : 2017
Hər il milli məhkəmələrimiz tərəfindən mülki mühakimə icraatı qaydasında minlərlə işə baxılır. Mülki mübahisələrin həlli üçün məhkəmələrin ən çox tətbiq etdiyi məcəllələşdirilmiş aktın Azərbaycan Respublikasının Mülki Məcəlləsi olduğunu desək, yəqin ki, yanılmarıq. Lakin MM normalarının tətbiqində bir sıra nöqsanlara rast gəlinməkdə, məhkəmə təcrübəsi və qanunvericinin maddələşmiş iradəsi arasında açıq uyğunsuzluq meydana çıxmaqdadır. Hazırkı araşdırmanın mövzusunu MMin 337 (Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər”) və 354‐cü (“Etibarsız əqdlər üzrə müddətlər) maddələrinin tətbiqində rast gəlinən nöqsanların bəzilərinin işıqlandırılması təşkil edir.
Müəllif :
Dünyamin Novruzov - Vəkil
Nəşr tarixi : 2017
Baxmayaraq ki, əməliyyat‐axtarış fəaliyyəti haqqında qanunvericilik insan hüquq və azadlıqlarının təminatını nəzərdə tutur, elə hallar olur ki, insan hüquq və azadlıqlarının hörmət prinsipinə əsaslanan ƏAF‐ın subyekti həyata keçirdiyi əməliyyat‐axtarış tədbiri zamanı istər Konstitusiyada nəzərdə tutulmuş əsas, istərsə də digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əlavə insan hüquq və azadlıqlarını pozmuş olur.
Müəllif :
Paşa Səfərov - vəkil
Nəşr tarixi : 2017
İnsan hüquqlarının məhz peşəkar şəkildə müdafiəsini həyata keçirən şəxslərin – vəkillərin minimal peşə standartları, onların vəkillik peşəsinə daxil olmalarının institusional normativləri, şübhəsiz, mövcud olmalıdır. Adı çəkilən standartların tətbiqi isə labüd etmişdir ki, ölkəmizdə 1995‐ci ildən etibarən ümummilli lider Heydər Əliyevin başçılığı ilə başladılmış hüquq islahatlarının bəhrələrindən biri qismində, 1999‐cu ildən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” yeni qanun əsasında fəaliyyət göstərən vəkillərin peşəkar birliyi olan Vəkillər Kollegiyası yaradılmışdır.
Müəllif :
Anar Bağırov - VKRH‐nin üzvü
Nəşr tarixi : 2017
Publik hüquqi şəxs anlayışı hüquq sisteminə daxil edilənədək təcrübədə inzibati orqanın qeyri‐kommersiya hüquqi şəxsinin təsisçisi səlahiyyəti tanınırdı, buna misal olaraq, rayon (şəhər) məktəblərini, tibb müəssisələrini və s. göstərmək olar. Həmin müəssisələr Dövlət orqanı tərəfindən yaradılır, lakin dövlət orqanı deyil, ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən qeyri‐kommersiya hüquqi şəxslərdir.
Müəllif :
Aygün Məmmədova - Hüquqşünas
Nəşr tarixi : 2018
İstintaq‐məhkəmə təcrübəsində CM‐nin 264‐cü maddəsinin özəlliklərindən danışılarkən həmin maddə ilə müəyyən edilən normanın tətbiqi ilə bağlı çətinliklərin və anlaşılmazlıqların olmasını qeyd etməklə kifayətlənilmir. Belə hallarda həmçinin ümumiyyətlə həmin maddənin cinayət qanununda yer alıb‐almaması məsələsinin özü də mübahisə doğurur.
Müəllif :
Müzəffər Ağazadə - Əməkdar hüquqşünas
Nəşr tarixi : 2018