Hazırki məqalədə Azərbaycan Respublikasının Mülki‐Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 50‐ci maddəsinin bir neçə (konkret olaraq, 50.1 və 50.4‐cü) bəndini təhlil edir və onların təcrübədə tətbiqi zamanı yaranan bəzi məsələləri araşdırırıq.
Müəllif :
Nazlı Əhmədova, Azərabycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2013
Respublikamızda insan hüquqlarının peşəkar müdafiəsi işinin təşkili baxımından 2019 cu il Azərbaycan vəkilliyi üçün xüsusilə əlamətdardır. Əminliklə demək olar ki, bu il Azərbaycan vəkilliyinin 100 illiyi, müstəqil vəkillik institutunun yaradılmasının 20 illiyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təsis olunmasının 15 illiyi kimi tarixə düşəcəkdir.
Müəllif :
Anar Bağırov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri
Nəşr tarixi : 2019
Bu məqalənin məqsədi Məcəllənin ən həssas sahələrindən biri hesab olunan və təcrübədə hüquqşünasların tez‐tez üzləşdiyi əmək müqaviləsinin xitamı məsələlərinin və təcrübədə yaranan ziddiyyətlərin qısa təhlilidir
Müəllif :
Mehman Sultanov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2013
The New York Convention stipulates the legal norms on the recognition and enforcement of Foreign Arbitral Awards which are binding on the member states of this Convention. There are a few grounds in the Convention for refusing of the recognition and enforcement of foreign arbitral awards in another country. One of them is the ground on the failure of the proper notification of the defendant about the appointment of arbitrator or of arbitration proceedings. The Constitutional Court of the Republic of Azerbaijan (hereinafter the Constitutional Court) have touched upon the specific element of this ground which is a burden of proof.
Müəllif :
Toghrul Guluzada - International Commercial Lawyer, LL.M
Nəşr tarixi : 2020
Müasir dövrdə istehlakçı hüquqlarının müdafiəsi hər bir dövlətin hüquq siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Son illərdə istehsalın kütləvi xarakter alması, istehlakçıların bu və ya digər vasitələrlə ehtiyacı olmayan malları istehlak etməyə məqsədli şəkildə istiqamətləndirilməsi, istehlak kreditlərinin sayının artması və digər bu kimi səbəblərdən istehlakçıların düşdüyü vəziyyət onların hüquqlarının müdafiəsinin aktuallığını daha da ön plana çıxarır
Müəllif :
Muğan Əliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2013
Bir müddət əvvəl müdafiəçilərin cinayət icraatında iştirakının bəzi məqamları, xüsusilə onların cinayət prosesinə buraxılma anı ilə bağlı ölkənin prokurorluq və vəkillik qurumları arasında fikir ayrılığı yaranmışdı. Fikir ayrılığı şübhəli şəxsin tutulması zamanı müdafiəçinin məhz hansı andan öz vəzifəsini icra etməyə başlamalı olması barədə prosessual qanunda birbaşa göstərişlərin olmaması ilə əlaqədar yaranmışdır.
Müəllif :
Müzəffər Ağazadə - Əməkdar hüquqşünas
Nəşr tarixi : 2020
Artıq vəkillik fəaliyyəti ölkəmizdə beynəlxalq aləmlə sıx inteqrasiya olunmuş peşə sahəsinə çevrilmişdir. Günümüzdə vəkillik fəaliyyətinin beynəlmiləlləşməsinin səbəbi beynəlxalq kommersiya münasibətlərinin inkişaf etməsi, dünyada korporativ münasibətlərin unifikasiya olunmasıdır. Beynəlxalq münasibətlərin özü isə özlüyündə onun koordinasiya olunmasını tələb edir. Həmin koordinasiya təkcə beynəlxalq sənədlərlə deyil, həmçinin həmin sənədlər əsasında formalaşdırılmış universal institutlar əsasında həyata keçirilir.
Müəllif :
Fariz Məmmədov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin beynəlxalq əlaqələr üzrə müşaviri, Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2013
Ümumiyyətlə, qədim zamanlardan hal‐hazıra kimi insanlar arasında münasibətlər müəyyən
davranış qaydaları ilə tənzimlənmiş və tənzimlənməkdə davam edir. İşgüzar, xidməti və digər
bütün münasibətlər davranış qaydaları ilə tənzimlənir. Bu davranış qaydalarının əksər hissəsi
müəyyən aktlardan, digər hissəsi isə insanlar arasında təşəkkül tapan qaydalardan ibarətdir.
İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da əksər peşə sahiblərinin davranış qaydaları
mövcuddur. Bura hakimlərin, prokurorluq, ədliyyə işçilərinin və digər çoxsaylı peşə sahiblərinin
davranış qaydaları ilə bərabər, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə də daxildir.
Müəllif :
Şahmar Məmmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Vəkillərin İntizam Komissiyasının üzvü
Nəşr tarixi : 2013
Məqalədə sənaye mülkiyyətinin mühafizəsi sahəsində patent qanunvericiliyi milli prizmadan, həm də ABŞ, Türkiyə, Almaniya və digər dövlətlərin timsalında müqayisəli təhlil edilərək qanunvericilikdəki boşluqlara patent müvəkkillərinin statusu, məsuliyyət təminatı və ondakı tarixi qalıq izlər, müəyyən prosessual intitusional məsələlərlə əlaqədar münasibət bildirilir. Universal və regional olmaqla patent hüquqlarının beynəlxalq təminat sistemi araşdırmaya cəlb olunan prioritet məsələlərdəndir. İki hüquqi sistemdə özünü büruzə verən prinsipal fərqlər və patent hüquqlarının pozulması ilə bağlı mübahisələrdə müstəsna yurisdiksiyaya malik milli ixtisaslaşdırılmış, o cümlədən beynəlxalq ədalət mühakiməsi mexanizmləri də müəllifin diqqətindən yan keçə bilməzdi...
Müəllif :
Zəhra Nəzərova - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, dövlət hüququ ixtisasının 1‑ci kurs əyani magistrantı
Nəşr tarixi : 2020
Hüquqi şəxsi ilə onun icra orqanının rəhbəri arasında yaranan hüquq münasibətlərinin mahiyyət və məzmununun müəyyən edilməsi hazırda hüquqi mübahisə predimetini təşkil edən mövzulardandır. Hüquqi şəxsin icra orqanının rəhbərinin hüquqi statusunun müəyyən edilməsi rəhbər (təmsilçi) funksiyasını yerinə yetirən şəxsin hüquqi məsuliyyətinin və cavabdehlik daşıdığı məsələlərinin əhatə dairəsinin müəyyən edilməsi üçün əhəmiyyətli, eyni zamanda kifayət qədər aktualdır.
Müəllif :
Xamis Seyranov - Hüquqşünas
Nəşr tarixi : 2020