Bu məqalədə sahibkarlar və mühasiblər üçün aktual olan bir mövzudan ‑ ƏDV tutulan əməliyyatların aparıldığı vaxtın müəyyənləşdirilməsi qaydasından danışacaq və təhlili podrat müqaviləsi əsasında yaranan münasibətlər çərçivəsində aparacağıq.
Müəllif :
Samir Hüseynzadə - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2020
Məlum olduğu kimi,“Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30.11.2018ci il tarixli Qanunla Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir. Bu dəyişiklliklər arasında hüquqi istiqamətdə mühüm yeniliklər vardır.
Müəllif :
Sirac Piriyev - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2020
XXI yüzillikdə insanlığın həyatı qəribə bir dövrə təsadüf edib. Dayanmadan təkmilləşən ictimai
münasibətlər burulğanında kursumuzu neçə dərəcə dəyişməyə cəhd etsək də, həmin burulğanın
mərkəzəqaçma qüvvəsindən yaxa qurtarmaqda çətinlik çəkirik. Bu, bir sınaqdır. Birilərinin
sınaqdan məğlubiyyətlə çıxacağı qaçılmazdır, lakin uğur qazananların da olacağı şübhəsizdir.
Bəziləri bu ictimai transformasiya rüzgarından qorunmaq üçün hasarlar ucaldacaq, digərləri isə
ondan faydalanmaq üçün külək dəyirmanları tikəcəklər.Bununla belə, unutmamalıyıq ki, istənilən sahədə tərəqqini, inkişafı tormozlayan faktorlar vardır.
Onlardan ən mürəkkəbini, mübarizə aparılması üçün güclü metodika tələb olunanını "korrupsiya"
adlandırsaq, yəqin ki, yanılmarıq. Maraqlısı odur ki, son yüzillikdə insan təfəkkürünün inkişafı o
səviyyəyə çatmışdır ki, artıq cəmiyyət – dövlət, hətta fərdlər sosial və təbiət hadisələrinin taleyinə
hiss olunacaq həddə təsir etmək gücünə yiylənmişlər.
Müəllif :
Anar Bağırov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Hakimlərin Seçki Komitəsinin üzvü
Nəşr tarixi : 2013
Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdiklən sonra 12 noyabr 1995‐ci tarixində ümumxalq səsverməsi‐ referendum yolu ilə beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsirlərinə və ümumbəşəri dəyərlərə söykənən ilk Konstitusiyasını qəbul etmişdir. Konstitusiyanın qəbulundan keçən müddət ərzində ölkə həyatının bütün sahələrində, o cümlədən də məhkəmə‐hüquq sahəsində Konstitusiyada təsbit olunmuş fundamental prinsiplərə əsaslanan və yeni qanunların qəbulu ilə müşayət olunan köklü islahatlar həyata keçirilmişdir. Həyata keçirilmiş bu islahatlalr çərçivəsində qəbul olunmuş və əhatə dairəsinə görə cəmiyətin bütün üzvlərinin maraqlarına toxunan yeni cinayət və cinayət prosessual qanunları xüsusi çəkiyə malikdir
Müəllif :
İkram Şirinov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi, Vəkillərin İxtisas Komissiyasının üzvü
Nəşr tarixi : 2013
Hər kəsə məlumdur ki, Avropa Şurasının yaradılması demokratiya, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi dəyərlərin inkişaf etdiyi II Dünya Müharibəsindən sonrakı dövrə təsadüf edir. Bu mənada Avropa Konvensiyası insanların bir sıra mülki və siyasi hüquqlarının təmin edilməsi və fərdlərə münasibətdə dövlətlərin davranışı üzərində nəzarətin təşkil edilməsi üzrə mexanizmlərin müəyyənləşdirilməsi məqsədi ilə qəbul olunmuşdur.
Müəllif :
Xanlar Hacıyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi
Nəşr tarixi : 2013
20‐ci əsrin sonu Azərbaycan Respublikası üçün müstəqilliyin bərpa olunması və onun beynəlxalq qanunvericilik prosesinə tam hüquqlu iştirakçı kimi qoşulması ilə səciyələnir. Bu proses dövlətimiz tərəfindən beynəlxalq hüququn subyekti olaraq öz üzərinə öhdəliklərin götürülməsi və beynəlxalq hüquq normalarının dövlətdə tətbiq edilən normativ‐ hüquqi aktlar sırasına daxil edilməsi ilə müşayət olunurdu. Bu beynəlxalq hüquq normaları ilə dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqəsini dahada aktuallaşdırmış və bunun üçün lazımi şərainin yaradılmasını gündəmə gətirmişdir.
Müəllif :
Turqay İ. Hüseynov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2013
Korrupsiyanın geniş mövzu olduğunu nəzərə alaraq, yazının məqsədi, adından da göründüyü kimi, məqalə çərçivəsində yalnız özəl və biznes sahələrində (özəl və dövlət kommersiya və özəl qeyri‑kommersiya qurumlarında) baş verən korrupsiya hallarının və onlarla əlaqədar digər halların qeyri‑dövlət, yəni hüquq‑mühafizə orqanlarının prosessual səlahiyyətlərindən kənar müstəvidə və səviyyədəaraşdırılması prosesində sübutetmə yükü məsələlərini əhatə etmək və onları təhlil etməklə məhdudlaşmaqdır.
Müəllif :
Teymur Əliyev - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2020
Xarici hüquq ədəbiyyatında DNT profilinin əldə edilməsinin fərdin şəxsi həyatının toxunulmazlığı hüququnun pozulmasına səbəb olub‑olmamasıəsas müzakirə mövzularından biridir. DNT analizlərinin aparılmasını həm hadisə yerindən götürülmüş nümumələrin (cinayət izlərinin) ekspertizası kimi, həm də şəxsi (bədən) müayinəsi istintaq hərəkətinin davamı kimi qiymətləndirildiyini demək olar.
Müəllif :
Xalıq Dadaşzadə - Hüquqşünas
Nəşr tarixi : 2021