Bu məqalədə son illərdə vergi cinayətləri ilə əlaqədar Azərbaycan Respublikası qanunvericiliyində baş verən dəyişikliklər ardıcıllıqla nəzərdən keçirilmiş və təhlil olunmuşdur. Müəllifin fikrincə, əgər iqtisadi cinayətlərin on illərlə tətqiqinin aparılmasına baxmayaraq yenə də müəyyən təkmilləşməyə ehtiyacın duyulduğunu nəzərə alsaq, vergi cinayətlərinin yeniliyi baxımdan bu sahədə qanunvericiliyin daha çox təkmilləşməsinə ehtiyac duyulur.
Müəllif :
Məmmədov Vidadi - hüquq üzrə fəlsəfə doktoru.
Nəşr tarixi : 2018
İqtisadi fəaliyyət növlərindən biri bank fəaliyyəti adlanır. Bank fəaliyyətinin hə yata keçirilməsi prosesində müxtəlif növ ictimai münasibətlər əmələ gəlir. Məsələn, hər hansı bank müəssisələrə və ya fiziki şəxslərə kredit verir ki, bu zaman bank və həmin şəxslər arasında kredit münasibəti yaranır. Yaşadığımız həyatda əksər vətəndaşlar bu və ya digər banka əmanət kimi pul vəsaiti qoyurlar. Bu kimi hallarda bank və vətəndaş arasında deposit münasibəti (bank əmanəti münasibəti) əmələ gəlir və s. Kredit, depozit və digər münasibətlər bank fəaliyyətinin həyata keçirilməsi zamanı yaranır. Odur ki, onlar ümumən bank fəaliyyəti ilə bağlı münasibətlər sayılır.
Müəllif :
Kərimov Araz Tofiq oğlu - “Unibank” KB ASC-nin Problemli İstehlak Kreditləri üzrə Direktoru, İcraedici Komitənin üzvü.
Nəşr tarixi : 2018
Məlum olduğu kimi, beynəlxalq hüququn norma və prinsipləri ictimai mü nasibətlərin tənzim olunmasında mühüm əhəmiyyətə malikdir. İnsan və vətəndaş hüquq və azadlıqlarından söhbət gedən hallarda, habelə onların qorunması və müdafiəsi ilə bağlı məsələlərdə beynəlxalq hüququn norma və prinsipləri labüd olaraq müzakirə müstəvisinə çıxarılır. Çünki insan hüquqlarının standartları məhz beynəlxalq hüquq normalarında öz formal əksini tapmışdır. Bundan baş qa, müəyyən hallarda beynəlxalq hüququn müvafiq normaları müxtəlif subyektiv hüquq və azadlıqların meydana çıxması üçün əsaslar yaradır və bunlara uyğun hüquqi öhdəlikər doğurur.
Müəllif :
Anar Bağırov - Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun doktorantı, hüquq elmləri üzrə fəlsəfə doktoru.
Nəşr tarixi : 2018
Bu məqalə beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsində qəbul olunmuş beynəlxalq hüquq normalarının və beynəlxalq aviasiya reqlamentlərin oynadığı rol geniş formada elmi əsaslarla təhlil edilir. Eyni zamanda dövlətlərin mülki aviasiyanın təhlükəsizliyinin təmin olunmasında beynəlxalq təşkilatların qəbul etdikləri normaların və beynəlxalq aviasiya reqlamentlərin dövlətlər tərəfindən tətbiq etmə zərurəti göstərilir.
Müəllif :
Nazim Teymur oğlu Nağıyev - MAAAT kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent.
Nəşr tarixi : 2018
В статье рассматривается комплекс проблем, относящихся к вопросам взаимодействия правоохранительных органов со средствами массовой информации в условиях межнациональных конфликтов. В статье представляется краткий экскурс в историю межнациональных конфликтов, данная проблема рассматривается в современных условиях. Автором раскрывается проблема Карабаха, которая из локального конфликта превратилась в сложную региональную проблему и постепенно переросла в острую политическую проблему.
Müəllif :
Кулиев Ибрагим Орудж оглы - Заведующий кафедрой "Юриспруденция" Национальной Академии Авиации, доктор юридических наук, профессор.
Nəşr tarixi : 2018
Müstəqil hüquq sahələrindən biri olan iqtisadi hüququn nizamasalma predmetinə müxtəlif növ iqtisadi münasibətlər daxildir. Nəqliyyat münasibətləri iqtisadi hüquqla tənzimlənən iqtisadi münasibətlərin növlərindən biridir ki, bu, təbii olub, heç də təsadüfisüni xarakter daşımır. Nəqliyyat münasibətlərinin iqtisadi münasibətlərə aid olması bununla izah edilir ki, nəqliyyat iqtisadiyyatın sahələrindən biridir. Nəqliyyat iqtisadiyyatın elə bir sahəsidir ki, onsuz iqtisadiyyat nə öz funksiyasını normal həyata keçirə, nə də üzərinə düşən vəzifələri yerinə yetirə bilər.
Müəllif :
Əliyev Etibar Əli oğlu - Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, hüquq üzrə elmlər doktoru, professor.
Nəşr tarixi : 2018
Cinayət prosesində vəkil araşdırması institutunun hüquqi əsasını, ilk növbədə, Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyasının ayrı-ayrı müddəaları təşkil edir. Məhz Konstitusiyada müəyyən edilmiş prinsiplər və digər hüquq normaları vəkil araşdırması üçün təməl hüquqi baza yaratmış olur. Onlara ayrı-ayrılıqda baxaq.
Müəllif :
F.Y.Xəlilov - AMEA Hüquq və İnsan Haqları İnstitutu
Bakı, H.Cavid prospekti 115
Nəşr tarixi : 2019
Realization of human and civil rights and freedoms is among the main objectives of civil society building. In general, although the idea of human rights has stemmed from ancient times and developed in the Middle Ages, only in the Age of Enlightenment was it shaped as an excellent philosophical theory against despotism of monarchs. After the World War II, it was developed as a political concept, legal regulation and a discipline of contemporary knowledge. It is a very important principle which was established in general terms in the UN Charter (Articles 1, 55 and 56) for the first time and later after being recognized by a number of important documents, including the Universal Declaration of Human Rights (December 10,1948) the catalog of civil, political, economic, social and cultural rights started to expand (2 international Covenants concerning this subject were adopted on December 16, 1966) (14), and in 1975 after adoption of the Final Act in the Helsinki Conference on Security and Cooperation in Europe, human rights became a universally recognized international norm and standard of behavior. The States that have signed this act, can monitor realization.
Müəllif :
D.M.Ganberov - Baku State University
Nəşr tarixi : 2018
Uzun tarixi keçmişə malik olmaqla birlikdə, 1960-cı illərin Soyuq Muharibə mühitində beynəlxalq münasibətlərin dəyişməz mövzularından birinə çevrilən terrorçuluq, XXI əsrin əvvəlindən etibarən yeni bir mərhələyə daxil olaraq, qlobal problemə çevrildi. Yaşadımız dövrdə inkişaf tempi və forma etibarilə yenilənən terrorçuluq anlayışı beynəlxalq sülh və təhlükəsizliyə ən böyük təhdidlərdən birinə çevrilmişdir. Son dövrlərdə dövlət və qeyri-dövlət təşkilatlarının, siyasi və ictimai obyektlərin terrorçuluq aktlarının hədəfi olması bunun əyani sübutudur.
Müəllif :
R.K.Babayev - AMEA Fəlsəfə İnstitutu
Nəşr tarixi : 2018
Azərbaycan Respublikasının cinayət hüququ xeyli müddət (yaxın vaxtlara kimi) təqsirkarın şəxsi məsuliyyəti kimi klassik prinsipi müəyyənləşdirdiyinə görə hüquqi şəxslərin cinayət məsuliyyəti ideyasını qəbul etməmişdir ki, bu prinsipi kontinental Avropa ölkələrinin demək olar ki, hamısının cinayət məcəllələri tanıyır. Bu prinsipə görə yalnız cinayət qanunu ilə qadağan edilmiş cinayət əməlini (hərəkət və ya hərəkətsizliyi) qəsdən və ya ehtiyatsızlıq üzündən törətmiş anlaqlı və müəyyən yaş həddinə çatmış fiziki şəxs həm cinayətin, həm də cinayət məsuliyyətinin subyekti ola bilər. Cinayətin və cinayət məsuliyyətinin mümkün subyektlərinin fiziki şəxslə məhdudlaşdırılması o deməkdir ki, hüquqi şəxslər, yəni idarə, müəssisə və təşkilatlar nə cinayətin, nə də cinayət məsuliyyətinin subyekti ola bilərlər. Yaddan çıxarmamalıyıq ki, hüquqi şəxslərin cinayət məsuliyyəti nəzəri planda cinayət hüquq elmində (doktrinasında) ən mübahisəli və diskussiya doğuran məsələlərdən biridir. Azərbacan Respublikasının cinayət hüququ hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq olunmasını nəzərdə tutmaqla həmin məsələni qanunvericilik səviyyəsində həll etmişdir.
Müəllif :
G.Z.Məmmədli - Odlar Yurdu Universtiteti
Nəşr tarixi : 2018