Kitabda yerli özünüidarəetmənin anlayışı və əsas prinsipləri açıqlanır, onun sistemləri, formalaşdırılması qaydası və səlahiyyətləri, xarici dövlətlərin bununla bağlı təcrübəsi barədə məlumat təqdim edilir. Eyni zamanda, yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsinə də diqqət yetirilərək, bu sahədə olduqca böyük təcrübəyə malik olan Avropa Şurasının yerli və regional özünüidarəetmə sistemində rolu və fəaliyyəti, xüsusilə də Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi haqqında geniş məlumatlar verilir. Kitabda yerli özünüidarəetmənin inkişafı üzrə əsas beynəlxalq sənədlər, xüsusilə də Yerli özünüidarə haqqında Avropa Xartiyası, onun qəbul edilməsi tarixi barədə bəhs olunur və sənədin müddəalarının maddə-maddə şərhi həyata keçirilir. Kitab ilk növbədə bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları və yerli özünüidarəetməyə marağı olanlar üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Mehdi Səlimzadə, Qədir Xəlilov
Nəşr tarixi : 2010
Monografik bir inceleme olan bu kitap, Azerbaycan Devlet Personel
Yönetimi Sisteminin çağdaş, bilimsel, teorik açıdan araştırılmasına
yöneliktir. Çalışmada Azerbaycan Devlet Personeli Yönetim Sisteminin tarihten günümüze yapısı ve işleyişi incelenmiş, mevcut personel
rejiminin genel ilkeleri ele alınmış, devlet memurlarının hakları, yükümlülükleri ve denetimi konularına değinilmiş, sorunların neler olduğu tesbit edilerek, bu sorunlara ilişkin çözüm önerileri sunulmuştur.
Müəllif :
Recep Rehimli
Nəşr tarixi : 2011
Kitab Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin imzaladığı "Azərbaycan
Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" Sərəncam (13 mart 1998-
ci il) əsasında hazırlanmışdır. Bu əsərdə ilk dəfə olaraq sistem halında müstəqil Azərbaycanın dövlət
rəmzlərinin (bayraq, gerb, himn) yaranması tarixi izlənilir, milli rəmzlərin bərpası və qəbulu yolunda
Prezident cənab Heydər Əliyevin müstəsna rolu göstərilir, üçrəngli bayraq və gerbdə əks olunan
simvolların məna və funksiyası ilkin mənbələr əsasında araşdırılır, milli himnimizin təkamülü və
ideya-məzmun xüsusiyyətləri tarixi-filoloji planda təhlil edilir, nəhayət, dövlət rəmzlərimiz
Azərbaycan Xalq Cümhuriyyətindən (1918-1920-ci illər) bizə miras qalan tarixi milli-mənəvi dəyərlər
kimi qiymətləndirilir. Kitab təhsil işçiləri, müəllimlər, politoloqlar, diplomatlar, hüquqşünaslar, dövlət
quruculuğu ilə məşğul olan mütəxəssislər, elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.
Müəllif :
Misir Mərdanov, Əsgər Quliyev
Nəşr tarixi : 2001
Kitabçada Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-1920-ci illərdə qəbul edilmiş Dövlət bayrağı və qəbulu
nəzərdə tutulan Dövlət gerbi ilə Dövlət himni haqqında məlumat verilir. Həmin rəmzlər Azərbaycan Respublikası dövlət
müstəqilliyini bərpa etdikdən sonra müxtəlif vaxtlarda rəsmi dövlət rəmzləri kimi təsdiq edilmişdir
Müəllif :
İqrar Əliyev, Elmar Məhərrəmov
Nəşr tarixi : 2008
В данной монографии автор на основе обширного научного и
эмпирического материала исследует целый ряд международно-правовых
проблем армяно-азербайджанского Нагорно -Карабахского конфликта.
Доказывает очевидную правовую несостоятельность армянских
территориальных притязаний к Азербайджану, да и к другим соседним
странам, продолжающихся уже несколько столетий.
Müəllif :
Намик Алиев
Nəşr tarixi : 2009
«Dövlət qulluğunun hüquqi əsasları» adlı dərs vəsaiti dövlət qulluğunu sosial-hüquqi və təşkilatı institut kimi, xarici ölkələrin bu sahədə təcrübəsini müqayisəli metoddan istifadə edilməklə tarixi, nəzəri və praktiki aspektlərinə həsr olunur. Dövlət qulluğu dövlət hüquq təzahürləri - dövlət, dövlət hakimiyyəti, dövlət aparatı, dövlət idarəetməsi ilə bir sırada, qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə vahid sistemdə tədqiq olunur.
Dərs vəsaiti ali məktəblərin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr, magistrant və doktorantlar, dövlət hakimiyyət orqanlarında çalışanlar, həmçinin dövlət qulluqçuları, dövlət-qulluq problemləri ilə məşğul olanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Əli Rzayev
Nəşr tarixi : 2011
On 29 January 2001, President of France Jacques Chirac adopted a resolution of the National
Assembly of the country of 18 January "On Genocide of Armenians in 1915 in Ottoman Empire".
This resolution led to the just protest of the government and public of Turkey, including spiritual
leader Turkish Armenians, Patriarch Mesrop II against unfair decision. The Patriarch firmly
rejected the fact of genocide, i.e. mass deliberate extermination of Turkish Armenians in 1915.
However, France in the person of its political leaders and Parliamentary figures strained relations
with a big East - European country, its NATO partner. As is known, the French action caused the
burst of indignation in Turkey. Immediately, economic sanctions against French companies were
employed. The question arises: what did the French people gain? The answer is evident: it lost, both
economically and morally.
Müəllif :
Jalal Alıyev, Budag Budagov
Nəşr tarixi : 2003
Kitabda «Torpaq hüququ» kursunun əsas mövzuları izah edilmişdir. Burada torpaq hüququ
anlayışının şərhi verilmiş, torpaq hüququ normaları ilə tənzimlənən torpağın xüsusiyyətləri torpaq
ictimai münasibətlərinin obyekti kimi araşdırılmış, torpaq qanunvericiliyinin mənbələri və sistemi,
torpağa mülkiyyət hüququ və digər hüquqlar, torpaq ehtiyatlarının dövlət idarə edilməsi, müxtəlif
məqsədli təyinatı olan torpaq kateqoriyalarının hüquqi rejimi, həmçinin yerin təkinin, suların və
meşələrin hüquqi rejiminin əsasları təhlil olunmuşdur.
Müəllif :
Cümşüd Nuriyev, Müşviq Atakişiyev
Nəşr tarixi : 2009
“Правовые аспекты Нагорно-Карабахского конфликта”-результат кропотливой работы автора. Настоящее исследование дипломата и юриста правовых аспектов Нагорно-Карабахского конфликта, одного из самых затяжных и жестоких конфликтов современности, основано на всестороннем международно-правовом анализе многочисленной теоретической и фактической информации, аргументов противоположных сторон, мнениях признанных ученых и экспертов, а также личном опыте и
непосредственном участии автора в дискуссиях по рассматриваемому вопросу на международном уровне.
Müəllif :
Тофик Мусаев
Nəşr tarixi : 2001
Elmi əsər hüquq elminin, inzibati hüquq sahəsinin əsaslarını, təməl müddəalarını qısa və konkret şəkldə araşdırıb izah etmək məqsədini güdür. Əsərdə vətəndaşlar tərəfindən dövləti idarəetmə hüququ, idarəçlik prinsipləri, eləcə də forma və metodları
aydın şəkldə gostərilir. Bundan savayı, burada inzibati-hüquq tənzimləmənin obyekti, inzibati-hüquq münasibətləri subyektlərinin hüquqi statusu, dövlət idarəçiliyi (hakimyyət) orqanları quruluşu və ələlxüsus inzibati hüququn təminatı və digər müddəalar öz
əksini tapmışdır.
Müəllif :
Bəxtiyar Atakişiyev
Nəşr tarixi : 2008