Axtarışın nəticələri

Tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının final mərhələsi keçirilib

Cari il dekabr ayının 21-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının final mərhələsi keçirilib.

Ətraflı

Heydər Əliyev: cinayətkarlıqla mübarizə. Dərs vəsaiti

Kitabda cinayətkarlıqla mübarizə məsələləri iki aspektdən tədqiq və şərh edilir. Tədqiqatın birinci istiqaməti müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası, formalaşması və möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan Heydər Əliyevin cinayətkarlıqla mübarizə ilə bağlı ideya və düşüncələrinə həsr olunub. Kitabda cinayətkarlıqla mübarizədə dövlət orqanları və Azərbaycan vətəndaşlarının rolu təqdim edilir, cinayətkarlıqla mübarizənin demokratik dövlət quruculuğunda yeri və əhəmiyyəti ilə bağlı Ulu Öndərin tövsiyələri araşdırılır, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə cinayətkarlıqla mübarizə təcrübəsi konkret faktlar əsasında dəyərləndirilməklə, nəzəriyyə ilə təcrübənin vəhdəti nəticəsində bu sahədə qazanılan uğurlar diqqətə çatdırılır.

Ətraflı

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair Elmi-Praktiki Kommentariya layihəsi müzakirə olundu

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) və Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) birgə təşəbbüsü ilə dekabrın 6-da “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib.

Ətraflı