Axtarışın nəticələri

Asif Qədirov: Mülki Məcəllə: suallar və cavablar (metodik vəsait)

Hüquq üzrə fəlsəfə doktoru, dosent Asif Xanoğlan oğlu Qədirovun “Mülki Məcəllə: suallar və cavablar (metodik vəsait)” kitabı müasir dövrümüzdə mülki hüquq münasibətləri sahəsində mövcud olan bir çox məsələlərə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Kitabda nəinki hüquqşünasları, həmçinin qeyri-hüquqşünasları da maraqlandıran bir sıra əhəmiyyətli məsələlər cavablandırılmışdır. İctimaiyyətə təqdim olunan kitabda suallar və cavablar sadə, anlaşıqlı dildə və məntiqə uyğun şəkildə tərtib edilmiş, mülki hüquq sahəsində aktual xarakterli məsələlərin əsas dairəsi, demək olar ki, tam əhatə olunmuşdur.

Ətraflı

Vəfaddin İbayev: Azərbaycan ədalət mühaki̇məsi̇ İnsan Hüquqları üzrə Avropa Məhkəməsi̇ni̇n 20 i̇lli̇k baxış bucağında

Kitabda Azərbaycan ədalət mühakiməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) yurisdiksiyası altında olduğu 20 il müddətində “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsi əsasında Azərbaycana qarşı qəbul edilmiş 66 qərarı təhlil edilərək, aşkar edilmiş pozuntular ümumiləşdirilməklə müxtəlif bölmələr üzrə sistemləşdirilmiş, azadlıq və təhlükəsizlik hüququ ilə bağlı aşkar edilmiş pozuntular şərh edilmişdir.

Ətraflı

Romella Güləli̇yeva: Nəzəriyyədə və Azərbaycan Respublikasının qanunvericiliyində ədalət mühakiməsi əleyhinə olan cinayətlər

Oxuculara təqdim olunan kitabda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq fəslində nəzərdə tutulmuş ədalət mühakiməsi əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətinin normativ hüquqi tənzimlənməsinin aktual məsələləri araşdırılır, həmçinin, qeyd edilən cinayət tərkiblərinin bəzi müddəalarının gələcək təkmilləşdirilməsi və onların qanunvericilikdə verilmiş təriflərinin və ifadələrinin dəqiqləşdirilməsinin zəruriliyi əsaslandırılır.

Ətraflı

İ.Əliyev, G.Ələsgərova, N.İbrahimli, G.Abasova, A.Arifli: Elektron səsvermə: konseptual, hüquqi və praktiki aspektlər

Bu tədqiqat işi demokratik cəmiyyətlərin təbiətinə xas olan, insan və vətəndaş hüquq və əsas azadlıqlarının tərkib hissəsi sayılan seçki hüququnun həyata keçirilməsini təmin edən seçki prosesinin əsas xüsusiyyətlərinin, problemlərinin, bu proseslə bağlı uğurlu təcrübələrin və inkişaf perspektivlərinin müasir texnoloji tərəqqi kontekstində hüquqi təhlilinə həsr edilmişdir.

Ətraflı

Узейир Маммадов, Тургай Гусейнов: Защита прав человека во время вооруженных конфликтов и в постконфликтных ситуациях: Международно-правовой аспект

В книге рассматриваются как общие вопросы международного права прав человека и международного гуманитарного права, так и вопросы защиты отдельных прав и свобод человека во время вооруженных конфликтов, а также особенности их восстановления и осуществления в постконфликтный период. В работе широко использованы международно-правовые документы, практика, прецеденты судебных и квазисудебных органов универсального и регионального уровня, а также доктрина.

Ətraflı

“Qloballaşan dünyada insan hüquq və azadlıqlarının təminatı və müdafiəsinə yeni yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və onun tabeliyində olan Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə cari ilin 13 dekabr tarixində Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş “Qloballaşan dünyada insan hüquq və azadlıqlarının təminatı və müdafiəsinə yeni yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Ətraflı

Hüquq və İnsan Haqları İnstitutunun hüquq tədqiqatçılarının məqalələri dərc olunub

İnstitutun hüquq tədqiqatçılarından İ.Əliyevin “Hüquqda ədalətin mənəvi meyarı” və N.İbrahimlinin “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi və praktik məsələlər haqqında” məqalələri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcısıdır” adlı respublika elmi-praktik konfransının 01-02 dekabr 2023-cü il tarixli buraxılışının materiallar toplusunda dərc olunub.

Ətraflı