Hüquqşünasımızın “Mənzil hüququnun realizə edilməsi” adlı məqaləsi dərc edilib
İnstitutumuzun əməkdaşı Emin Dadaşovun “Mənzil hüququnun realizə edilməsi” adlı məqaləsi AMEA-nın Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda keçirtdiyi Beynəlxalq elmi konfransın materiallar toplusunda dərc edilmişdir. Məqalədə göstərilir ki, müasir dövrdə sosial-iqtisadi əhəmiyyət kəsb edən problemlərdən biri də mənzil problemidir. 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının "Mənzil hüququ" başlıqlı 43-cü maddəsinə görə, hər kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Ətraflı









