Əməkdaşlarımız onlayn vebinarda iştirak ediblər
15 dekabr tarixində əməkdaşlarımız İdris Zakirov və Gunel Əliyeva ECNL-in təşkilatçılığı ilə (Qeyri-kommersiya hüququ üzrə Avropa Mərkəzi) “Vətəndaş cəmiyyətini məhdudlaşdıran çirkli pulların yuyulmasına qarşı tədbirlər: sübuta əsaslanırmı?” mövzusunda ZOOM platforması üzərindən keçirilmiş onlayn vebinarda iştirak etmişlər. Görüşdə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) eksperti Ben Evans və Vanja Skoric (ECNL) tərəfindən müxtəlif ölkələrdə çirkli pulların yuyulmasına qarşı mübarizə tipologiyaları və çirkli pulların yuyulmasına qarşı tədbirlər haqqında hesabat səsləndirilmişdir.
Ətraflı









