İnstitutun YAP təşkilatının sədri tədbirdə iştirak edib
25 yanvar tarixində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Müstəqil Azərbaycanın memarı: Ulu öndər Heydər Əliyev” adlı tədbir keçirilib. Hüquq və İnsan Haqları İnstitutunun ilk YAP təşkilatının sədri İlqar Xəlilov da tədbirdə iştirak edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbirin keçirilməsinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gəldiyini diqqətə çatdırıb.
Ətraflı









