Axtarışın nəticələri

İnstitutun Fəaliyyəti haqqında

Hüquq və İnsan Haqları İnstitutu - Azərbaycan Respublikası Konstitusiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və başqa beynəlxalq sənədlərdə təsdiq olunmuş, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqları öyrənir, bu sahədə beynəlxalq və milli-tarixi təcrübəni tədqiq edir.

Ətraflı

ELAN !

"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxs 28.03.2023 –cü il tarixdən ofis mebelləri və jalüz pərdələrin satın alınması ilə əlaqədar təkliflər sorğusu elan edir.

Ətraflı

Qadın məhkumlar üçün “Novruz çələngi” adlı xeyriyyə konserti keçirilib

Cəmiyyətimizin həssas təbəqəsi olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün ötən ilin martında Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələr istifadəyə verilib. Dövlətimizin başçısı cənab İlham Əliyev insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verərək həmin müəssisələrə baş çəkib və yaradılan müasir şəraitlə yerində tanış olub. Görülən tədbirlər məhkumların səmərəli islahına və cəmiyyətə reinteqrasiyasına xidmət edir, Ədliyyə Nazirliyi tərəfindən bu sahədə ardıcıl işlər görülür və aidiyyəti qurumların, vətəndaş cəmiyyəti institutları ilə birgə kütləvi-mədəni və maarifləndirici tədbirlər təşkil olunur.

Ətraflı

İnstitutda “Sığorta hüququ” mövzusunda mühazirə oxunub

10 mart tarixində Hüquq və İnsan Haqları İnstitutunda Kentukki Universitetinin (ABŞ) professoru Tomas Glassman İnstitut əməkdaşları üçün “Sığorta hüququ” mövzusunda mühazirə oxuyub. Professor Glassman vətəndaşların sığorta hüquqlarının ABŞ-da səmərəli həyata keçirilmə mexanizmlərindən bəhs edib, insan hüquqlarının pozulması hallarının məhkəmə vasitəsilə bərpa edilməsi, həmçinin öz vəkillik təcrübəsinə əsaslanaraq maraqlı məhkəmə çəkişmələri barədə geniş məlumat verib.

Ətraflı

İnstitut əməkdaşlarına tədbirlərdə uğurlu və emosional fotoların çəkilməsi üsulları ilə bağlı təlim keçirilib

2 mart tarixində Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev İnstitut əməkdaşları üçün “Uğurlu və emosional fotoşəkillərin İnstitutun fəaliyyətinin geniş ictimaiyyət qarşısında təşviq edilməsində rolu” mövzusunda təlim keçmişdir. Təlimçi İnstitutun tədbirlərində daha uğurlu və ruhlandırıcı, pozitiv emosiyalar tərənnüm edən və müsbət fikirlər aşılayan fotoların çəkilməsinin vacibliyini, həmçinin mobil telefonlarla uğurlu fotoşəkillər əldə etməyin yollarını izah edən təqdimat etmişdir.

Ətraflı

İnstitutun nümayəndəsi tədbirdə iştirak edib

Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova 27 fevral 2023-cü il tarixində Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük yekunlarına dair dəyirmi masada iştirak edib. “E-nəzarət” platforması vətəndaşların ictimai iştirakçılıq hüququnun təmin edilməsi və ictimai nəzarətin həyata keçirilməsi baxımından səmərəli bir alətdir

Ətraflı

İnstitutun nümayəndələri konfransda iştirak etmişlər

22 fevral 2023-cü il tarixində “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” hesabatının təqdimatı mövzusunda yekun konfrans keçirilmişdir. Konfransda Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və hüquq tədqiqatçısı Səidə Həsənzadə iştirak etmişlər.

Ətraflı